"PAŞA Bank" "Xəzinədarlıq hedcinq məhsulları" adlı seminar keçirib
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" bazar risklərinin effektiv idarə edilməsi üçün qabaqcıl məhsul və strategiyaların müzakirəsinə həsr olunmuş "Xəzinədarlıq hedcinq məhsulları" adlı seminar keçirib.
17 sentyabrda "Four Seasons" mehmanxanasında baş tutan tədbirin əsas məqsədi, iştirakçılara nağd pul axınının idarə edilməsi, maliyyə sabitliyinin artırılması, bazar hərəkətlərindən faydalanaraq risklərin qarşısının alınması, portfel müxtəlifliyinin yüksəldilməsi, dəyişkən bazarlarda spekulyativ imkanlardan istifadə edilməsi, əmtəə gəlirləri vasitəsilə risklərin idarə olunması və investisiya gəlirlərinin qorunması üçün təqdim edilən alətlər və həllər haqqında ətraflı məlumat təqdim etməkdir.
Tədbirdə çıxış edən Bank rəsmiləri bildiriblər ki, törəmə maliyyə alətləri, həm fiziki şəxslər, həm şirkətlər, həm də peşəkar investorlar tərəfindən alınıb-satılan maliyyə məhsullarıdır.
"PAŞA Bank"ın İdarə heyətinin sədr müavini Bəhruz Nağıyev qeyd edib ki, bu alətlər, investorların əsas aktivlərdə potensial itkilərdən qorunmalarına kömək edərək, risklərin idarə olunmasında mühüm rol oynayır.
Qeyd edək ki, "PAŞA Bank" müştərilərinin və digər biznes nümayəndələrinin qatıldığı tədbirdə Bank mütəxəssisləri bir sıra xidmət və məhsulların ətraflı icmalını, risk amillərini və təşkilatların ehtiyaclarına uyğun məhsulları təqdim ediblər. İştirakçılara risklərin növləri (faiz dərəcəsi riski, valyuta riski, əmtəə qiymət dəyişmələri və s.), törəmə maliyyə alətləri və bu alətlərin bazar iqtisadiyyatımızdakı roluna dair geniş məlumat verilib.
/ banker.az

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ƏDV geri al və onun üstünlükləri
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes plan necə yazılır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət