"PAŞA Bank"ın kredit portfeli 3.3 mlrd. manatı keçib
Əsasən korporativ bankçılıqla məşğul olan "PAŞA Bank" ASC-nin müştərilərə verdiyi kredit portfeli 1 aprel 2026-cı il tarixinə 3 mlrd. 326.24 mln. manata qalxıb.
Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Bu da illik müqayisədə 1.23% artım deməkdir.
Portfelin əsas hissəsini 3 mlrd. 15.07 mln. manatla biznes kreditləri təşkil edib və bu seqment 1.21% artıb.
İstehlak kreditləri 71.75 mln. manata enərək 19.12% azalıb, daşınmaz əmlak kreditləri isə 239.42 mln. manata yüksələrək 9.86% artım göstərib.
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri illik müqayisədə 15.73% artımla 80.22 mln. manat olub.
Kredit portfeli üzrə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 109.42 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65.26% artım deməkdir. Bunun nəticəsində kredit portfelinin xalis həcmi 3 mlrd. 216.82 mln. manat olub.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Cash Back nədir?
IBAN nədir?
ƏDV geri al və onun üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt