"PAŞA Bank"ın qiymətli kağızlardan faiz gəliri 83% artıb
"PAŞA Bank" ASC 2023-cü ildə ticarət və investisiya qiymətli kağızları üzrə portfelini illik müqayisədə 267.6 milyon manat və ya 15 faiz artırıb.
Banker.az bunu bankın illik maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, 1 yanvar 2024-cü il tarixinə bankın bu portfelinin həcmi 2 milyard 13.14 milyon manat təşkil edib.
Bu da bankın ümumi aktivlərində investisiya qiymətli kağızlara 23% payı olması deməkdir.
Öncəki ildə qiymətli kağızlar portfeli 1 mlrd. 745.5 mln. manat idi. Bu da cəmi aktivlərin 20% idi.
"PAŞA Bank" 2023-cü ildə qiymətli kağızlar üzrə investisiyasından 124.61 mln. manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 83% artımdır.
2023-cü ilin ilk yarısında olan audit hesabatına əsasən bankın qiymətli kağızlar portfelinin böyük hissəsi ipoteka istiqrazları, Azərbaycan Mərkəzi Bankının notları və dövlət istiqrazlarıdır.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları