"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?

"PAŞA Bank" ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə start verib. İPO "Paylaşdıqca böyüyürük – birlikdə" şüarı altında həyata keçirilir.
Marja.az-ın məlumatına görə, bu gün "PAŞA Bank" ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev və İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov İPO barədə ilkin məlumatları açıqlayıb, jurnalistlərin suallarını cavablandırıblar. 
Mətbuat konfransında Bankın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev bildirib ki, "PAŞA Bank" davamlı dividend ödəyən bankdır. Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub. Bu göstərici bir neçə il ardıcıl şəkildə qorunub saxlanılıb. Qalan mənfəət isə Bankın məcmu kapitalının tələb olunan səviyyədə saxlanılması və vəsaitə olan ehtiyacının ödənilməsinə yönəldilir.
Səhmlərinin İlkin Kütləvi Təklifi ilə əladar yeni emissiyasından sonra "PAŞA Bank"ın nominal nizamnamə kapitalı 372 milyon 237 min 390 manat təşkil edir. Bu mələğ hər birinin nominal dəyəri 20 manat olan 18 milyon 611 min 869 səhmdən ibarətdir. "PAŞA Bank"ın nizamnamə kapitalının 5%-i və ya 932 min 926 ədəd səhmi İPO zamanı bazara təqdim olunacaq. 
"PAŞA Bank" ACS 2025-ci ili 148 milyon 896 min manat xalis mənfəət ilə başa vurub. Bankın İdarə Heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, son illər ərzində dividend ödənişi nisbəti Bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub. Bu nisbətlə, "PAŞA Bank" 2025-ci ilin maliyyə nəticələri üzrə minimum 52 milyon 114 min manat - 59 milyon 558 min manat aralığında dividend ödəməlidir. Bankın 18 milyon 611 min 869 ədəd səhmi olduğunu nəzərə alsaq, bu, səhmbaşına minimum 2,8 - 3,2 manat aralığında dividend deməkdir. 1 səhmin nominal qiymətinin 20 manat, hər səhmə düşən mənfəətin 2,8 - 3,2 manat aralığında olduğunu nəzərə alsaq, 1 səhm üzrə nominal investisiyanın 14% -16% aralığında gəlirlilik təmin edəcəyini demək olar. Lakin İPO zamanı səhmlərin ilkin təklif qiyməti, ardınca bazar qiyməti fərqli olacaqdır. Bu zaman gəlirlilik nisbəti də dəyişəcəkdir. Eyni zamanda, gələcək illərdə xalis mənfəətin məbləği və dividend ödənişi üçün ayrılacaq nisbət də gəlirlilik dərəcəsinə təsir edəcəkdir. 
Əgər "PAŞA Bank"ın təklif və ardınca bazar qiyməti 30 manat ətrafında olarsa səhm investisiyasının gəlirlilik dərəcəsinin də 10% ətrafında olacağını proqnozlaşdırmaq olar.
Həmçinin oxu
"PAŞA Bank"ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK

Banklar     Tarix: 29 yanvar 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler kripto bu gunun xeberleri rubl mezenne investisiya