"PAŞA Bankın təklif etdiyi həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş müasir yanaşmaları bizneslərin inkişafını sürətləndirir. Hal-hazırda müştəri məmnuniyyətinin artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bankda "Customer first" təşəbbüslərinin həyata keçirilməsini nəzərə alaraq, biz KOS sektorunun inkişafına edilən töhfələr və sahibkarlara təmin etdiyi rəqabət üstünlüklərini "PAŞA Bank"ın KOS və KİB Rəqəmsal Məhsul üzrə aparıcı direktoru Heydər Süleymanovla müzakirə etdik.
-Heydər bəy, bildiyimiz kimi, "PAŞA Bank"ın əsas diqqəti real sektora, xüsusilə də KOS seqmentinə yönəlib. Zəhmət olmasa, KOS müştərilərə göstərilən yanaşma və təqdim olunan əsas məhsullar haqqında oxucularımıza məlumat verərdiniz. 
- Sualınız üçün təşəkkür edirəm. Həyata keçirdiyimiz "CustomerFirst" təşəbbüsləri çərçivəsində hər bir müştəriyə hörmət və diqqətlə yanaşmaq, onların ehtiyaclarını anlamaq, müsbət təcrübə yaratmaq və ən əsası müştəri məmnuniyyətini artırmaq bizim başlıca məqsədlərimizdəndir. KOS seqmentində əsas niyyətimiz sahibkarlara maliyyə resurslarına daha sürətli və rahat çıxış imkanı yaratmaq, onların bizneslərini inkişaf etdirmələrinə və daha effektiv şəkildə idarə etmələrinə dəstək olmaqdır. 
Bu məqsədlə "PAŞA Bank" KOS müştərilərinə bir sıra innovativ rəqəmsal məhsullar təqdim edir, o cümlədən sürətli və avtomatlaşdırılmış rəqəmsal kredit məhsulu, POS kreditləri, faktorinq, biznes kartları və digər məhsullar. Həmçinin, bank korporativ müştərilərimizin tədarükçülərinə də maliyyə dəstəyi verən məhsullar və bizneslərin dövriyyə kapitalını idarə etməsinə kömək edən kredit alətləri təqdim edir.
- 2025-ci ilin "CustomerFirst" ili elan edilməsi "PAŞA Bank" müştəriləri üçün nə deməkdir? Bu yanaşma gündəlik bank fəaliyyətinizə necə təsir edir?
- Bu, ilk növbədə, müştərilərlə münasibətlərin standart yanaşmadan strateji tərəfdaşlığa keçidi deməkdir. Artıq biz sadəcə ehtiyaclara cavab vermir, onları proaktiv şəkildə öncədən müəyyən edir və uyğun həllər hazırlayırıq. Bu yanaşma nəticəsində komandamızın daxili prosesləri təkmilləşib, qərarlarımız daha çevik və məlumat əsaslı olub, müştəriyə dəyər yaratmaq baxımından daha məqsədyönlü addımlar atırıq. Bu dəyişiklik konkret nəticələr verir – müştərilərimiz daha operativ cavablar alır, təklif etdiyimiz həllər isə onların real biznes hədəflərinə daha uyğun olur. Ən əsası isə bu yanaşma bizə müştəri ilə yalnız bu günü deyil, gələcəyi də birlikdə planlamaq imkanı yaradır.
- Hal-hazırda "PAŞA Bank"ın ən çox tələb olunan məhsullarından biri onlayn biznes kreditidir. KOS müştəriləri arasında bu məhsula böyük maraq var. Bu kredit həlli bizneslərə hansı rəqabət üstünlükləri qazandırır?
- Tamamilə doğrudur. Bizim təqdim etdiyimiz rəqəmsal kreditlər KOS-lara bir neçə mühüm rəqabət üstünlüyü verir. İlk üstünlük sürət və rahatlıqdır: ənənəvi kreditləşmədən fərqli olaraq, bizim rəqəmsal kredit həllərimiz sayəsində sahibkarlar banka gəlmədən, tam onlayn şəkildə müraciət edə bilər və qısa müddət ərzində cavab ala bilərlər. Bəzi məhsullar üzrə kreditin təsdiqi və vəsaitin hesablanması yalnız bir neçə dəqiqə ərzində baş verir. 
Təchizat və distribütor şəbəkələrinin maliyyələşdirilməsi başqa bir üstünlükdür. Onlayn kreditlər həm də böyük təchizat zəncirlərində iştirak edən KOS-lar üçün üstün fürsətlər yaradır. Təchizat Zənciri Maliyyələşməsi (Supply Chain Finance) və Distribusiya Zənciri Maliyyələşməsi (Distributor Chain Finance) vasitəsilə sahibkarlar öz dövriyyə vəsaitlərini optimallaşdıra və nağd pul axınlarını effektiv idarə edə bilirlər. Təklif etdiyimiz həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir. 
- Bankın təqdim etdiyi onlayn kredit məhsulu ən çox hansı növ bizneslərə uyğundur və onlara hansı əsas faydaları təklif edir? 
- Təqdim edilən məhsul ilk növbədə pərakəndə və topdansatış ticarət sahəsində fəaliyyət göstərən bizneslər üçün nəzərdə tutulub. Bu bizneslərdə dövriyyə kapitalına yüksək tələbat mövcuddur və tez-tez mal dövriyyəsini artırmaq üçün əlavə maliyyə resurslarına ehtiyac duyulur. Məhsulun faydalarına gəlincə, onun sayəsində sürətli likvidlik əldə edərək stokları artırmaq və daha böyük sifarişlər qəbul etmək mümkündür. Distribusiya Zənciri Maliyyələşməsi ilə tədarükçülərlə daha əlverişli şərtlərlə işləmək və onlayn müraciət və avtomatik təsdiqlə operativ maliyyə dəstəyi əldə etmək asanlaşır. 
Məhsul, həmçinin, istehsalat və sənaye müəssisələrinə yönəlikdir. İstehsalçılar xammal alışı və genişlənmə üçün maliyyə ehtiyacı duyurlar. Bu istiqamət üzrə məhsul xammal alışı üçün qısa müddətdə əlavə kapital əldə etmək, Təchizat Zənciri Maliyyələşməsi ilə daha sərfəli şərtlərlə təchizatçılarla əməkdaşlıq etmək və kreditin çevik geri ödəniş qrafiki sayəsində istehsal dövrlərini rahat planlaşdırmaq imkanı verir. 
- "PAŞA Bank" 2024-cü ildə nüfuzlu "Euromoney" nəşri tərəfindən KOS sektoruna verdiyi töhfələr sayəsində "Ən yaxşı KOS bankı" adına layiq görülüb. Bu kontekstdə soruşmaq istərdik ki, yerli bazarda rast olunduğu praktikadan fərqli olaraq, "PAŞA Bank" biznes krediti üçün müraciət edən sahibkarlardan çoxsaylı sənədlər və maliyyə hesabatları tələb etməyin qarşısını necə alır? 
- Bu mükafat bizim üçün böyük bir uğurdur və bu, KOS-ların inkişafına verdiyimiz dəstəyin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Sualınıza cavab olaraq vurğulamaq istərdim ki, əsas məqsədimiz KOS-ların maliyyə əlçatanlığını maksimum dərəcədə sadələşdirmək və onları ənənəvi bank prosedurlarının yaratdığı maneələrdən azad etməkdir. Bu səbəbdən onlayn biznes krediti müraciət prosesi zamanı mürəkkəb tələblər və çətin maliyyə hesabatlarına ehtiyac yoxdur. Sahibkarlara yalnız VÖEN məlumatları və dövriyyə üzrə minimum məlumatlar tələb olunur. Əksər hallarda, müştəri banka heç bir əlavə sənəd təqdim etmədən onlayn şəkildə kredit ala bilər. 
Ənənəvi biznes kreditlərində olduğu kimi, mürəkkəb maliyyə balansları və ya mənfəət-zərər hesabatlarının təqdim edilməsi tələb olunmur. Kreditin təsdiqi üçün real dövriyyələr və hesab hərəkətləri əsas götürülür. Sahibkarların biznes fəaliyyəti "PAŞA Bank"ın daxili Big Data və süni intellekt əsaslı skorinq modeli ilə qiymətləndirilir. Bu model müştərinin bank dövriyyəsini, vergi ödənişlərini və digər iqtisadi göstəricilərini analiz edərək qərar qəbul edir, hətta bir çox hallarda zaminliyə və girova ehtiyac qalmır. 
Həmişə olduğu kimi, "PAŞA Bank" 2025-ci ildə də KOS-ların inkişafını dəstəkləyən və onların maliyyə əlçatanlığını artıran həllər yaratmağa davam etməyi planlaşdırır. 
-Müsahibəyə görə, təşəkkür edirik. / marja.az

Banklar     Tarix: 21 may 2025

Oxşar xəbərlər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır

Azərbaycanda illik inflyasiya avqust ayında 5,7%-ə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqustunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. İyul ayınd

PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır

Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsind

Dələduz sizin adınıza kredit götürsə, borcu kim ödəyəcək? - Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama

Son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılmışdır. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, eyni zamanda yeni hüquqi risklə

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi


iqtisadi xeberler bitkoin bitcoin qiymeti internetden pul qazanmaq rubl mezenne