PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə" adlı tədbir keçirilib

PAŞA Bankın təşkilatçılığı ilə ®Oktyabrın 14-də JW Marriott Absheron Bakı hotelində baş tutan tədbirdə dövlət qurumlarının, maliyyə institutlarının, nəqliyyat və logistika sektorunun, eləcə də iri biznesin rəhbər nümayəndələri bir araya gəliblər.
Tədbirin əsas məqsədi Azərbaycanın regional logistika mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin biznesə təsirini, Orta Dəhlizin yaratdığı yeni ticarət və investisiya imkanlarını, eləcə də şirkətlərin bu sahədə üzləşdiyi çağırışları və ehtiyaclarını müzakirə etmək olub. Bu çərçivədə nəqliyyat və logistika infrastrukturunun inkişafı, regional bağlantıların genişləndirilməsi, rəqəmsallaşma və biznesin maliyyələşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Fuad Məmmədov, PAŞA Maliyyə Holdinqinin baş icraçı direktorunun müavini Şahin Məmmədov, NEQSOL Holding-in baş maliyyə direktoru və Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə, Azersun Holdinqinin baş icraçı direktoru Savaş Uzan, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Cəlal Fərəcli, PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, Silk Way West Airlines şirkətinin vitse-prezidenti Vüqar Məmmədov və Trendyol Qrupunun baş əməliyyat inzibatçısı Serkan Yavuz iştirak edərək müzakirələrə qatılıblar.
PAŞA Bankın təşkilatçılığı ilə Tədbirin açılışında çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev Azərbaycanın beynəlxalq nəqliyyat və ticarət marşrutlarında strateji mövqeyini vurğulayaraq Orta Dəhlizin inkişafının ölkə iqtisadiyyatı və biznes üçün yeni imkanlar yaratdığını bildirib.
"Azərbaycan üzərindən keçən Orta Dəhlizin ölkə iqtisadiyyatına verdiyi töhfə ilə yanaşı, hər bir ticarət əməliyyatının arxasında maliyyələşmə, ödənişlərin həyata keçirilməsi, risklərin idarə olunması və dövriyyə vəsaitinə çıxış kimi mühüm məsələlər dayanır. Bu səbəbdən maliyyə institutlarının üzərinə ciddi iş düşür. PAŞA Bank olaraq real sektorun inkişafına dəstək vermək, bizneslərin böyüməsini maliyyələşdirmək və yeni investisiya imkanlarının yaranmasına töhfə vermək üçün səylərimizi davam etdiririk", – deyə Cavid Quliyev qeyd edib.
Tədbir PAŞA Holdinqin baş iqtisadçısı Elman Eminovun "Qlobal ticarətin yenidən qurulması: İnfrastruktur və regional bağlantılar" mövzusunda təqdimatı ilə davam edib. Təqdimatda qlobal ticarətdə baş verən dəyişikliklər və regional nəqliyyat marşrutlarının iqtisadi əhəmiyyəti diqqət mərkəzində olub.
Tədbir çərçivəsində iki strateji panel müzakirəsi təşkil edilib.
PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın regional logistika mərkəzinin qurulması: İnfrastruktur və regional bağlantılar" adlı ilk paneldə ölkənin nəqliyyat və logistika potensialı, müxtəlif nəqliyyat növləri arasında inteqrasiyanın gücləndirilməsi, mövcud infrastrukturun səmərəliliyinin artırılması və regional rəqabət üstünlükləri müzakirə olunub.
"Ticarət və logistikanın gələcəyi: Ticarət, yükdaşımaları və rəqəmsal kommersiya" adlı ikinci paneldə isə biznesin logistika sektorundan gözləntiləri, beynəlxalq ticarət və yükdaşımalarında mövcud çağırışlar, elektron kommersiyanın inkişaf perspektivləri, eləcə də bu sahələrdə maliyyə institutlarının təqdim edə biləcəyi həllər ətrafında fikir mübadiləsi aparılıb.
Panel müzakirələrində dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, logistika proseslərinin rəqəmsallaşdırılması və biznes üçün daha əlverişli ticarət mühitinin formalaşdırılması istiqamətində imkanlar da nəzərdən keçirilib.
Tədbir iştirakçıların suallarının cavablandırılması və açıq müzakirələrlə yekunlaşıb.
Tədbir dövlət və özəl sektor nümayəndələri arasında fikir mübadiləsi üçün mühüm platforma yaradaraq Azərbaycanın regional ticarət və logistika potensialının inkişafı, yeni iqtisadi imkanların dəyərləndirilməsi və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli müzakirələrlə yadda qalıb.
PAŞA Bankın təşkilatçılığı ilə / banker.az

Banklar     Tarix: 15 oktyabr 2026

Oxşar xəbərlər

"Kapital Bank" 9 ayda 297 milyon manat xalis mənfəət əldə edib

"Kapital Bank" ASC 2026-cı ilin 9 ayını 297 milyon 4 min manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövründə bankın mənfəəti 229 milyon 129 min manat olub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.6

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Qarşıdan gələn qış fəslinin əsas meyvələrindən biri xurmadır. Müxtəlif növ xurmalar təkcə daxili bazarda deyil, xarici ölkələrə də satılır və Azərbaycanın meyvə ixracında mühüm yer tutur. Hər il ölkədə xurma bağlarından 22

"Yelo Bank" ilk üç rübdə 17 milyon manat xalis mənfəət əldə edib

"Yelo Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını faiz gəlirləri 17,4% artaraq 153,52 milyon manata yüksəlib. Bunun 143,78 milyon manatı müştərilərə verilən kreditlərdən əldə olunub və illik müqayisədə 17,1

"Morgan Stanley" IPO-lardan qazanıb, "BlackRock"un aktivləri $15,5 trilyona çatdı

ABŞ-da üçüncü rüb üzrə hesabat mövsümündə iri maliyyə şirkətlərinin nəticələri fərqli mənzərə yaradıb. "Morgan Stanley" ilkin kütləvi səhm təkliflərinin (IPO) fəallaşmasından və ticarət gəlirlərinin artmasında

AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən AccessBank ilə tərəfdaşlıq çərçivəsində və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Ticarətin Sürətləndirilməsi Proqramı (TAP) çərçivəsində Bakıda xarici və daxil

"Bank of Baku" 9 aya 36% böyüdü – mənfəət 27 milyon manata çatdı

"Bank of Baku" ASC-nin aktivləri 2026-cı ilin ilk 9 ayında 413,84 milyon manat və ya 35,9% artaraq 1 milyard 566,32 milyon manata çatıb. banka istinadən xəbər verir ki, bankın xalis mənfəəti isə ötən ilin müvafi

"AccessBank"ın xalis mənfəəti 45 milyon manatı keçib

Digər yerli bankla birləşmə ərəfəsində "AccessBank" QSC 2026-cı ilin yanvar-sentyabr aylarını 45,25 milyon manat xalis mənfəətlə başa vurduğunu açıqladı. Bu, ötən ilin eyni dövründə qeydə alınmış 35,62 milyon manatl

İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb

2026-cı ilin 1-ci yarımili ərzində investisiya şirkətlərinin balans göstəricilərində artım müşahidə olunmuşdur. 2025-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 2% (2 mln. manat) artaraq 123 mln. manat

"Xalq Bank"ın kredit portfeli böyüyüb, 1,9 milyard manatı ötüb

Azərbaycanın ən böyük özəl banklarından biri olan "Xalq Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 24 milyon 73 min manat xalis mənfəətlə başa vurub. Bankın kredit portfeli 63,5 milyon manat artaraq 1,91 milyar


iqtisadi xeberler valyuta kurslari emlak xeberleri pul qazanmaq bank faizleri