"Payızlıq əkinlərinizi dekabrın 30-dək sığortalayın" - FERMERLƏRƏ MÜRACİƏT
Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı prosesi davam edir. Əkinlərin bəyanı prosesi ilə əlaqədar Aqrar Sığorta Fondu fermerlərə müraciət edib.
Mürqaciətdə bildirilir ki, payızlıq əkinlərin bəyanı, sığortalanması və subsidiya üçün müraciətlər dekabrın 30-dək başa çatmalıdır.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
10 hektar və daha çox torpaq sahəsində əkilmiş, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan 7 bitki - buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalının sığortası icbaridir. Bu əkinlər üçün subsidiyalar yalnız aqrar sığorta olunmaqla verilir.
Fermer subsidiya almaq üçün lazım olan bütün sənədləri, o cümlədən aqrar sığorta müqaviləsi və aqrokimyəvi analizin nəticələrini EKTİS_də şəxsi kabinetinə yükləməlidir. Fonddan bildiriblər ki, payızlıq əkinlərin sığorta prosesi dekabrın 30-da dayandırılacaq.
"Aqrar Sığorta Fondu payızlıq əkinlərin vaxtında sığortalanması üçün davamlı maarifləndirmə işləri aparır. Əkinləri bəyan edən fermerlərlə əlaqə saxlanılır, onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir. Əkinlərin sığortalanması proseduru elə sadələşdirilib ki, internet vərdişləri olmayan fermerlər də rahat şəkildə sığorta müqaviləsi bağlaya bilirlər. Dövlət tərəfindən fermerlərə verilən çoxsaylı dəstək mexanizmləri aqrar sığorta prosesində də nəzərdə tutulub - aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Aqrar Sığorta Fondu fermerləri dekabrın 30-dək əkin sahələrini güzəştli şərtlərlə sığortalamğa, məhsullarını və gəlirlərini qorumağa çağırır" - deyə Fonddan bildirilib. / marja.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Green Card nədir və onu necə əldə etmək olar?
Yatırım olmadan necə biznes qurmaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Cash Back nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız