PMD "Rebuild Karabakh 2022" sərgisində - İŞTİRAK EDİR - FOTOLAR
"PMD Group" MMC və onun biznes strukturuna daxil olan şirkətlər Baku Build sərgisi çərçivəsində təşkil olunan 2-ci Rebuild Karabakh sərgisində iştirak edir.
Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi səmərəli əməkdaşlıqların qurulması ilə yanaşı Qarabağ həqiqətlərini daha geniş kütləyə çatdırmaq imkanı da verir.
Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Qarabağımızda və Şərqi Zəngəzurda müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə, kommersiya binalarının, iri həcmli yaşayış komplekslərinin tikintisinə ehtiyac yaranmışdır və bu fəaliyyətlərdə PMD də fəal iştirak etməyə çalışır. Hal-hazırda PMD tərəfindən Ağdam şəhərində 3 əhəmiyyətli layihə - Yaşayış Kompleksi layihəsi və 2 otel layihəsi icra olunur. PMD-nin stendində sərgi iştirakçılarına qeyd olunan layihələr və daşınmaz əmlak sahəsindəki digər uğurlu fəaliyyətlərlə bağlı məlumatlar təqdim olunur. 80-dən çox iştirakçının qatıldığı sərgidə PMD-nin stendi xüsusi maraqla qarşılanır.
Sərgi çərçivəsində həm də "Qarabağda biznes və investisiya imkanları" mövzusunda panel müzakirə keçirilmişdir. Paneldə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, regionun iqtisadi, investisiya və turizm potensialı, biznes üçün yaradılan imkanlar barədə müzakirələr aparılmış və "PMD Group" MMC-nin İdarə Heyətinin sədri Dəyanət Sədullayev mövzu ilə bağlı fikirlərini bölüşmüşdür.
Qeyd edək ki, "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" (Rebuild Karabakh) sərgisində PMD stendi 19-21 oktyabr tarixlərində ziyarətçilər üçün açıq olacaq.


/ fed.az

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?