"Premium bank" bu ilin 2-ci rübünü mənfəətlə başa vurdu

"Premium bank"  bu ilin 2-ci rübünü 5 milyon 673 min manat mənfəətlə başa vurub.  Bank ötən ilin eyni dövrünü 5 milyon 112 min xalis mənfəət ilə bağlamışdı. Beləliklə Hesabat dövründə "Premium Bank"ın xalis mənfəəti  öncəki ildə qeydə alınandan 11% çox olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
"Premium Bank"ın faiz gəlirləri ötən ilin eyni dövründə  16 milyon 53 min manat ikən, bu dövrdə 16 milyon 71 min manat  kimi yüksəlib. Ötən ilin bu dövründə Bankın qeyri-faiz gəlirləri 7 milyon 873 min manat olub.
2024-cü ilin iyun ayının 30-na Premium bankın aktivləri 647 milyon 308 min manat olub ki, bunun 471 milyon 853 min manatı müştərilərə verilmiş kreditlərdir.  Həmçinin bank 473 milyon 99 min manat cəmi öhdəliklərə malik olub.
30 iyun 2024-cü il tarixində "Premium Bank" ASC-nin kredit portfelinin məbləği 471 milyon 853 min manat təşkil edib.  Cari ilin ilk yarısında ötən ilin sonu ilə müqayisədə Bankın istehlak kreditləri portfeli 34,4% artaraq 25 milyon 862 min manata, ipoteka kreditləri portfeli isə 6,7% artaraq 71 milyon 491 min manata çatıb.
30 İyun 2024-cü il tarixində "Premium Bank" ASC 168 milyon 260 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 12 iyul 2024

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler leobank kart valyuta mezennesi valyuta kurslari telefonla pul qazanmaq