"Premium Bank" hesabat açıqladı – Bank "yerində sayıb"

"Premium Bank" ASC-nin aktivləri 2026-cı ilin ilk doqquz ayında demək olar ki, dəyişməz qalaraq artım tempinə görə bank sektorunun ümumi göstəricisindən və müqayisə olunan rəqib banklardan xeyli geri qalıb.
Banker.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, sentyabrın sonuna bankın aktivləri 678,9 milyon manat təşkil edib. Bu, 2025-ci ilin sonundakı 677,7 milyon manatla müqayisədə cəmi 1,2 milyon manat və ya 0,2% artım deməkdir.
Hesabat dövründə bankın nağd pul vəsaitləri və ekvivalentləri 170 milyon manatdan 156,8 milyon manata enib. Beləliklə, bu göstərici 13,2 milyon manat və ya 7,8% azalıb.
Bank sektorunda aktivlərin artımı fonunda "Premium Bank" bu göstərici üzrə digər banklardan geri qalır. Belə ki, 2026-cı ilin ilk səkkiz ayında Azərbaycan bank sektorunun aktivləri 9,44% artdığı halda, "Premium Bank"ın aktivləri doqquz ay ərzində cəmi 0,18% böyüyüb. Aktivlərinin həcmi 500 milyon – 2 milyard manat arasında olan banklarla müqayisədə də "Premium Bank" ən zəif nəticəni göstərib. Belə ki, 2026-cı ilin doqquz ayında "Bank of Baku"nun aktivləri 35,91%, AFB Bankın 35,80%, "Ziraat Bank Azərbaycan"ın 18,20%, "Expressbank"ın 8,81%, "AccessBank"ın 6,40%, "Rabitəbank"ın 3,67%, "Yelo Bank"ın isə 2,86% artıb. Beləliklə, "Premium Bank" müqayisə edilən səkkiz bank arasında aktivlərin artım tempinə görə sonuncu yerdə qərarlaşıb.
Aktivləri təxminən 500 milyon – 2 milyard manat arasında olan bankların aktivləri və ilk 9 aylıq artım:
Bank
Aktivlər, mln. AZN
9 aylıq artım
Bank of Baku
1 566,3
+35,91%
AFB Bank
574,4
+35,80%
Ziraat Bank
1 616,6
+18,20%
Expressbank
725,4
+8,81%
AccessBank
1 883,7
+6,40%
Rabitəbank
1 453,8
+3,67%
Yelo Bank
1 558,6
+2,86%
Premium Bank
678,9
+0,18%
Bankın ticarət və investisiya qiymətli kağızları portfeli isə 38,2% azalaraq 16,9 milyon manatdan 10,5 milyon manata düşüb. Nəticədə, bu iki aktiv qrupunun ümumi həcmi 186,9 milyon manatdan 167,3 milyon manata geriləyib.
Bankın müştərilərə verdiyi kreditlərin ümumi həcmi ilin əvvəlindən 3,8% artaraq 496,7 milyon manata çatıb. Bunun 362,2 milyon manatı biznes, 72,8 milyon manatı ipoteka və 61,7 milyon manatı istehlak kreditlərinin payına düşüb.
Eyni dövrdə fiziki şəxslərin depozitləri 1,4% artaraq 309,5 milyon manata, hüquqi şəxslərin depozitləri isə 4,3% artaraq 92,9 milyon manata yüksəlib. Bankın ümumi depozit portfeli 402,3 milyon manat təşkil edib.
Beləliklə, müştərilərə verilmiş kreditlərin depozitlərə nisbəti ilin əvvəlindəki 121,4%-dən 123,4%-ə yüksəlib.
Mənfəət 43% artsa da, ehtiyat xərcləri yüksəlib
"Premium Bank" 2026-cı ilin ilk doqquz ayını 13 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin müvafiq dövründəki 9,1 milyon manatla müqayisədə 42,8% çoxdur.
Bankın faiz gəlirləri 11,8% artaraq 30,7 milyon manata, qeyri-faiz gəlirləri isə 21,7% artaraq 14,3 milyon manata çatıb.
Diqqətçəkən məqamlardan biri bankın digər gəlirlərinin ötən ilin müvafiq dövründəki 31 min manatdan 1,9 milyon manata yüksəlməsidir. Hesabatda bu artımın mənbələri ayrıca açıqlanmır.
Bununla yanaşı, bankın qeyri-faiz xərcləri 5,9% artaraq 22 milyon manata, mümkün zərərlər üçün yaradılan ehtiyatlar üzrə xərcləri isə 59,4% artaraq 1,1 milyon manata çatıb.
Bankın məcmu kapitalı isə ilin əvvəlindən cəmi 0,4% artaraq 198,1 milyon manat təşkil edib.

Banklar     Tarix: 16 oktyabr 2026

Oxşar xəbərlər

Rabitəbank 2026-ci ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

Rabitəbank 2026-cı ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövründə Bank 13 milyon 757 min manat xalis mənfəət əldə edib. Rabitəbankın aktivləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% artara

Bankların doqquz aylıq xalis mənfəəti 1,08 milyard manata çatıb

Azərbaycanda renkinqə daxil edilən 21 bank 2026-cı ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 milyard 81,79 milyon manat xalis mənfəət əldə edib. xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 170,51 milyon mana

"Bank of Baku" 9 aya 36% böyüdü – mənfəət 27 milyon manata çatdı

"Bank of Baku" ASC-nin aktivləri 2026-cı ilin ilk 9 ayında 413,84 milyon manat və ya 35,9% artaraq 1 milyard 566,32 milyon manata çatıb. banka istinadən xəbər verir ki, bankın xalis mənfəəti isə ötən ilin müvafi

"AFB Bank"ın 3-cü rübdə xalis mənfəəti 59% artıb

AFB Bank 2026-cı ilin 3-cü rübünü 3 milyon 602 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 2 milyon 263 min manat olmuşdu. Beləliklə, bankın xalis mənfəətində illik müqayisədə 59.2%-li

"Visa" Çinin daxili ödəniş bazarına giriş üçün ilkin icazə alıb

ABŞ ödəniş texnologiyaları şirkəti "Visa" Çin Xalq Bankından ölkədə bank kartları üzrə klirinq qurumu yaratmaq üçün hazırlıqlara başlamaq icazəsi alıb. Şirkətin oktyabrın 13-də açıqladığı qərar dünyanın ən böyü

ATB-nin xalis mənfəəti 62% artıb

ATB 2026-cı ilin doqquz ayını əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub. ATB-nin yaydığı press-relizdə bildirilir ki, Bankın xalis mənfəəti, gəlirləri, aktivləri, kredit və depozit portfelləri, eləcə də kapital

Premium Bank 9 ayda 13 milyon manata yaxın xalis mənfəət əldə edib - 43%-LİK ARTIM

"Premium Bank" ASC 2026-cı ilin ilk 9 ayını 12 milyon 983 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,8% artıb. Eyni zamanda, bankın kredit portfeli 496,

Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb

"Atəşgah Həyat" Sığorta Şirkətinin baş direktoru Şəfəq Həsənova Özbəkistanın "ABB Davr Bank"ının Müşahidə Şurasının müstəqil üzvü seçilib. xəbər verir ki, qərar bankın səhmdarlarının oktyabrın 9-da keçirilə

"Expressbank"ın xalis mənfəəti 65%, depozit portfeli isə 19,5% artıb

"Expressbank" ASC 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini açıqlayıb. "Expressbank"ın yaydığı press-relizdə bildirilir ki, Hesabat dövründə Bankın xalis mənfəəti 65,09% artaraq 9,9 milyon manata


iqtisadi xeberler internetden pul qazanmaq avtomobil xeberleri biznes qurmaq pul qazanmaq