"Premium Bank"ın 2,5 mln. kredit verməsində problem görmürük
"Premium Bank" öz strategiyasına uyğun olaraq biznes nöqteyi nəzərdən 2,5 milyon manat kredit verilməsi ilə bağlı qərar verib. Mərkəzi Bank bu kreditlə bağlı məlumatlıdır.
Bunu bu gün keçirilən mətbuat konfransında sözügedən bankın kiçik gəlir müqabilində böyük həcmdə kredit verilməsinə münasibət bildirən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
"Premium Bank"ın rəhbərliyi ilə müzakirə etmişik. Aidiyyatı tədbirlər görülüb. Lazım olduğu təqdirdə ehtiyatlar yaradılıb. Biz burada heç bir problem görmürük. Mərkəzi Bank olaraq belə kreditlərin verilməsinin qarşısını almırıq, sadəcə banklardan səbəbinin açıqlanmasını tələb edirik. Banklar əksər hallarda belə kreditlər vermir. Bu sahəyə diqqətlə nəzarət edirik" – AMB sədri əlavə edib. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Bill Qeyts kimdir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes plan necə yazılır?
SMM nə deməkdir?