"Premium Bank"ın maliyyə vəziyyəti açıqlanıb

"Premium Bank" ASC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "Premium Bank" ASC 2023-cü ili 7 milyon 453 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 5 milyon 466 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Premium Bank" ASC-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 987 min manat və ya 36,3% artıb. Keçən il Bankın xalis mənfəətinin artması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan məbləğ ilə əlaqədardır. 
Ötən il "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 49 milyon 621 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 42 milyon 120 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 501 min manat təşkil edib. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azad olan 2 milyon 27 min manatın hesabına mənfəət 9 milyon 528 min manata yüksəlib. Ötən il "Premium Bank" 2 milyon 75 min manat mənfəət vergisi ödəyib. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 48 milyon 860 min manat, cəmi əməliyyat xərcləri 38 milyon 315 min manat, əməliyyat mənfəəti 10 milyon 545 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 904 min manat ehtiyata ayırmış və 3 milyon 176 min manat mənfəət vergisi ödəmişdi. 
Ötən il "Premium Bank"ın cəmi gəlirlərinin 761 min manat artmasına qarşılıq, cəmi xərcləri 3 milyon 805 min manat artıb. Xərclər gəlirlərdən daha çox artdığı üçün bankın xalis mənfəəti 3 milyon 44 min manat azalıb. 
31 dekabr 2023-cü il tarixində "Premium Bank" ASC 685 milyon 116 min manat cəmi aktivlərə malik olub (2022-ci ilin sonunda 692 milyon 202 min manat).
2023-cü ildə "Premium Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 34 milyon 898 min manat artaraq 471 milyon 866 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 13 milyon 255 min manat artaraq 19 milyon 248 min manata, ipoteka kreditləri portfeli 34 milyon 373 min manat artaraq 66 milyon 979  min manata yüksəlib, biznes kreditləri portfeli isə 12 milyon 731 min manat azalaraq 385 milyon 638 min manata düşüb. 
Keçən ilin sonunda "Premium Bank"da cəmi depozitlər 426 milyon 770 min manat təşkil edib (2022-ci ilin sonunda 466 milyon 490 min manat).
31 dekabr 2023-cü il tarixində "Premium Bank" ASC  170 milyon 987 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 175 milyn 718 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

"NAS Project BOKT"ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib

"NAS Project BOKT" ASC 2025-ci ili 524 min 713 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 64 min 1 manat və ya 10,9% azdır. 2024-cü ildə BOKT-un xalis mənfəəti 588 min 714 manat təşkil etmişdi

Mərkəzi Bank: Lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırılır

Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bu sektora da tənzimləmə gətiriləcək

Bankda səhmdar dəyişikliyi işdən çıxarılmaya əsas ola bilərmi? – Ali Məhkəmədən mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb

Bu ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350,5 min manatlıq 4 995 fırıldaqçılıq halı baş verib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib. Məlumata görə, bu, ötən ili

Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib

Expressbankda növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub. 8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə Bankın Baş Ofisində baş tutan aksiyanın əsas məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkə

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

ABB Invest ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır

ABB Invest növbəti dəfə ABB istiqrazlarının anderrayteri qismində kapital bazarında çıxış edir. Bu dəfə ümumilikdə hər biri 5 milyon manat olmaqla iki istiqraz investorlara təklif olunur. Təklif edilən istiqrazların gəlirliliy

"Azər-Türk Bank"da yığıncaq keçiriləcək

22 iyun 2026-cı il tarixində saat 12:00-da "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti Ümumi Yığıncağının keçirilməsinə dair qərar qəbul edilmişdir. Ümumi Yığıncaq Bankın inzibati binası yerləşə

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə


iqtisadi xeberler dollarin kursu bu gun avtomobil xeberleri bitkoin almaq bitcoin qiymeti