"Premium Bank"ın xalis mənfəəti 36 faizdən çox artıb

"Premium Bank" ASC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "Premium Bank" ASC 2023-cü ili 7 milyon 453 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 5 milyon 466 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Premium Bank" ASC-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 987 min manat və ya 36,3% artıb. Keçən il Bankın xalis mənfəətinin artması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan məbləğ ilə əlaqədardır. 
Ötən il "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 49 milyon 621 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 42 milyon 120 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 501 min manat təşkil edib. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azad olan 2 milyon 27 min manatın hesabına mənfəət 9 milyon 528 min manata yüksəlib. Ötən il "Premium Bank" 2 milyon 75 min manat mənfəət vergisi ödəyib. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 48 milyon 860 min manat, cəmi əməliyyat xərcləri 38 milyon 315 min manat, əməliyyat mənfəəti 10 milyon 545 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 904 min manat ehtiyata ayırmış və 3 milyon 176 min manat mənfəət vergisi ödəmişdi. 
Ötən il "Premium Bank"ın cəmi gəlirlərinin 761 min manat artmasına qarşılıq, cəmi xərcləri 3 milyon 805 min manat artıb. Xərclər gəlirlərdən daha çox artdığı üçün bankın xalis mənfəəti 3 milyon 44 min manat azalıb. 
31 dekabr 2023-cü il tarixində "Premium Bank" ASC 685 milyon 116 min manat cəmi aktivlərə malik olub (2022-ci ilin sonunda 692 milyon 202 min manat).
2023-cü ildə "Premium Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 34 milyon 898 min manat artaraq 471 milyon 866 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 13 milyon 255 min manat artaraq 19 milyon 248 min manata, ipoteka kreditləri portfeli 34 milyon 373 min manat artaraq 66 milyon 979  min manata yüksəlib, biznes kreditləri portfeli isə 12 milyon 731 min manat azalaraq 385 milyon 638 min manata düşüb. 
Keçən ilin sonunda "Premium Bank"da cəmi depozitlər 426 milyon 770 min manat təşkil edib (2022-ci ilin sonunda 466 milyon 490 min manat).
31 dekabr 2023-cü il tarixində "Premium Bank" ASC  170 milyon 987 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 175 milyn 718 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v


iqtisadi xeberler internetden pul qazanmaq biznes krediti depozit faizleri valyuta kurslari