"Premum Bank" istehlak və ipoteka porfellərini kəskin artırıb

Ötən il "Premum Bank" ASC-nin istehlak krediti portfeli 3,2 dəfə, ipoteka krediti portfeli 2 dəfə artıb. Bu, kredit portfelinin böyük hissəsini biznes kreditləri təşkil edən Bankın istehlak kreditlərinə daha çox yönəldiyinə işarədir.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki,  2023-cü ildə "Premium Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 34 milyon 898 min manat artaraq 471 milyon 866 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 13 milyon 255 min manat artaraq 19 milyon 248 min manata, ipoteka kreditləri portfeli 34 milyon 373 min manat artaraq 66 milyon 979 min manata yüksəlib, biznes kreditləri portfeli isə 12 milyon 731 min manat azalaraq 385 milyon 638 min manata düşüb. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"Pərakəndə biznesin inkişafı hər bir bank üçün əhəmiyyətlidir. "Premium Bank" ASC əmanətin müxtəlif variantlarını və müxtəlif kredit məhsullarını təklif edərək əhali ilə fəal işləmə məqsədinə istiqamətlənmişdir", - ötən ay Bankın 30 illiyi münasibətilə "Premium Bank" ASC Müşahidə Şurasının sədri Elçin Əhmədov müsahibəsində bildirmişdi.
Həmçinin oxu
"Premium Bank"ın maliyyə vəziyyəti açıqlanıb

Banklar     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes