Prezidentdən ABB ilə bağlı sərəncam

Prezidentdən ABB ilə bağlı sərəncamAzərbaycan Respublikasının 31 avqust 2023-cü il sərəncamı ilə "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətini (ABB) özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısına daxil edilib.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında 31 avqust 2023-cü il tarixdə sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, dövlət müəssisələrində institusional islahatların, restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının dövlət müəssisələrinin idarəedilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə qərara alınır:
1. "Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulan dövlət müəssisələri tərəfindən maliyyələşdirilməklə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərinin cəlb olunmasını təmin etsin və aparılacaq təhlillər əsasında aşağıdakılar barədə təkliflərini doqquz ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
2.1. dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması;
2.2. dövlət müəssisələrinin qiymətləndirilməsi, onların öhdəlikləri ilə nizamnamə kapitalları arasında optimal nisbət və investisiya ehtiyacları;
2.3. potensial investorların dairəsi;
2.4. müvafiq bazarın rəqabət mühitinin tələbləri nəzərə alınmaqla, liberallaşdırılması və inhisarsızlaşdırılması imkanları;
2.5. dövlət müəssisələrinin dövlət nəzarətində saxlanılmalı olan əsas fəaliyyətini müəyyənləşdirməklə, əsas fəaliyyətə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları;
2.6. bu Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində əldə edilmiş maliyyə vəsaitinin istifadə istiqamətlərini müəyyənləşdirərək, həmin dövlət müəssisələrinin təşkilati hüquqi formasının dəyişdirilməsi, özgəninkiləşdiriləcək hissələri və dövlət iştirak payının hissəvi satışı üsulları, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin SİYAHISI:
1. "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti.
2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki:
2.1. "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti;
2.2. "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti.
3. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti.
4. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan:
5.1. "Azərikimya" İstehsalat Birliyi (Etilen-Polietilen zavodu);
5.2. Karbamid zavodu;
5.3. Metanol zavodu.

Banklar     Tarix: 31 avqust 2023

Oxşar xəbərlər

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler bitcoin emlak xeberleri kripto kicik biznes