"Prime Cotton" şirkəti "Özəl sektor üzrə fəal ixracatçı" nominasiyası üzrə təltif olunub
(®) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" forumu çərçivəsində vergi ödəyiciləri arasında fərqlənən şirkətlər mükafatlandırılıb. Tədbir zamanı "Prime Cotton" MMC "Özəl sektor üzrə fəal ixracatçı" nominasiyası üzrə təltif olunub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Forumda Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, dövlət qurumlarının nümayəndələri və biznes ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Çıxışlarda ölkədə makroiqtisadi sabitliyin qorunması, vergi sistemində aparılan islahatlar, rəqəmsal transformasiya və data əsaslı idarəetmə modelinin tətbiqi kimi mühüm məsələlər müzakirə olunub.
Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyiciləri mükafatlandırılıb. "Prime Cotton" MMC-nin "Özəl sektor üzrə fəal ixracatçı" nominasiyası üzrə təltif olunması şirkətin son illərdə beynəlxalq sertifikatlar əldə etməsi nəticəsində qlobal bazarlarda mövqeyini genişləndirməsi, ixrac potensialını artırması və Azərbaycanın qeyri-neft sektorunun inkişafına verdiyi töhfənin göstəricisi kimi qiymətləndirilib.
Bu mükafat həmçinin Azərbaycanın pambıq və tekstil sənayesinin qlobal bazarda rəqabət qabiliyyətinin artdığını, yerli şirkətlərin ixrac istiqamətində əldə etdiyi uğurların daha da genişləndiyini nümayiş etdirir.
Prime Cotton MMC bundan sonra da dayanıqlı inkişaf, keyfiyyətli istehsal və ixrac potensialının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafına töhfə verməyi hədəfləyir.
"Prime Cotton" MMC-nin Baş İcraçı direktoru Rövşən Mahmudov mükafatla bağlı bildirib:
"Bu mükafat Prime Cotton komandası üçün böyük qürur və məsuliyyətdir. Bizim əsas məqsədimiz Azərbaycan pambıq və tekstil məhsullarını beynəlxalq bazarlarda daha geniş tanıtmaq, ixrac imkanlarımızı artırmaq və ölkəmizin qeyri-neft sektorunun inkişafına davamlı töhfə verməkdir. Gələcəkdə də innovativ yanaşma və yüksək keyfiyyət standartları ilə fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq."
Qeyd edək ki, Prime Cotton MMC — 30 ildən artıq təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biridir. "GP Cotton Holdings" qrupunun tərkibinə daxil olan şirkət pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Prime Cotton müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.
/ marja.az

Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan "TamKart Max" kredit kartını təqdim etdi! ®
"Bitcoin"in qiyməti yenidən - 85 min dolları ötüb
"Bitcoin" 83 min dollardan aşağı düşüb - SON QİYMƏT
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Whatsapp biznesin üstünlükləri nələrdir?