"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bank olmayan kredit təşkilatı "Prior Credit" ASC nizamnamə kapitalını 2,1 milyon manatdan 3,101 milyon manata yüksəldib. Kapital artımı 48% təşkil edir və Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi kreditləşdirmə imkanlarının genişləndirilməsinə və maliyyə dayanıqlığının gücləndirilməsinə xidmət edir.
Yeni kapital bazası "Prior Credit"ə kredit portfelini genişləndirmək, müştərilərin maliyyələşmə imkanlarını artırmaq və fəaliyyət coğrafiyasını genişləndirmək üçün əlavə imkanlar yaradır. Kapitalın əsas hissəsinin mikrokreditləşmə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, eləcə də aqrar sektorun və regionlarda fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə yönəldilməsi planlaşdırılır.
Kapital artımı Cəmiyyətin maliyyə dayanıqlığını və risklərə qarşı davamlılığını gücləndirməklə yanaşı, gələcək dövrdə kredit portfelinin sabit və dayanıqlı şəkildə artırılması üçün əlavə imkanlar formalaşdırır.
"Prior Credit" BOKT ASC maliyyə xidmətlərinin əlçatanlığının artırılması və real sektorun maliyyələşdirilməsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Cəmiyyət xüsusilə aqrar sektorun, mikrobiznesin və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini inkişaf prioritetlərindən biri hesab edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə sektorunun dayanıqlığının, şəffaflığının və institusional inkişafının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər qeyri-bank maliyyə institutlarının uzunmüddətli və dayanıqlı inkişafı üçün mühüm zəmin yaradır.
Nizamnamə kapitalının artırılması "Prior Credit"in institusional inkişafına, maliyyə imkanlarının genişləndirilməsinə və müştərilər üçün etibarlı maliyyə tərəfdaşı kimi mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş növbəti mühüm addımdır.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
İnvestisiyanın necə cəlb etmək olar?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Ən bahalı otellər hansılardır?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Dropshipping nədir?