"Qarabağda biznes və investisiya imkanları" mövzusunda panel - MÜZAKİRƏ KEÇİRİLİB
Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh", 27-ci Azərbaycan Beynəlxalq İnşaat – "BakuBuild" və 14-сü "Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu" sərgiləri öz işinə başlayıb.
FED.az xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin KOB-lar tərəfindən istehsal edilən məhsul və xidmətlərin tanıdılmasında, satış imkanlarının genişləndirilməsində, yeni işgüzar əlaqələrin qurulmasında və əməkdaşlığın inkişafında önəmini qeyd edib, KOBİA-nın belə sərgiləri daima dəstəklədiyini diqqətə çatdırıb.
"Rebuild Karabakh" sərgisində KOBİA-nın təşkilatçılığı ilə yaradılmış stenddə tikinti, sənaye, İKT, dizayn, layihələndirmə və təmir xidmətləri kimi sahələrində fəaliyyət göstərən 12 KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur. Həmçinin, KOBİA-nın stendində iş adamlarının ikitərəfli görüşləri üçün şərait yaradılıb.
Sərgilər oktyabrın 21-dək davam edəcəkdir.
Sərgi çərçivəsində KOBİA-nın təşkilatçılığı ilə "Qarabağda biznes və investisiya imkanları" mövzusunda panel müzakirə keçirilib.
Dövlət rəsmilərinin və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, regionun iqtisadi, investisiya və turizm potensialı, biznes üçün yaratdığı imkanlar barədə müzakirələr aparılıb. Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elxan Şiriyev, Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov və "PMD Group" MMC-nin baş icraçı direktoru Dəyanət Sədullayev mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarının sualları cavalandırılıb.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
ƏDV geri al və onun üstünlükləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?