Qazaxıstan dollar depozitləri üzrə maksimal faizi qaldırır

Qazaxıstan dollar depozitləri üzrə maksimal faizi qaldırırQazaxıstan oktyabrın 1-dən xarici valyutada olan bəzi əmanətlər üzrə maksimal faiz dərəcəsini artıracaq.
Banker.az Qazaxıstan Əmanətlərin Sığortlanaması Fondunun məlumatına istinadən xəbər verir ki, dəyişiklik 12 aydan artıq müddətə yerləşdirilən xarici valyutada yığım depozitlərinə şamil ediləcək. Bu əmanətlər üzrə yuxarı faiz həddi hazırkı 1%-dən illik 2,5%-ə qaldırılır.
Yeni limit yalnız 2026-cı il oktyabrın 1-dən sonra açılan və ya müddəti uzadılan depozitlərə tətbiq ediləcək. Banklar isə bu hədd daxilində faktiki faiz dərəcəsini müstəqil müəyyən edəcəklər.
12 ay və daha qısa müddətli yığım depozitləri, eləcə də digər müddətli və tələbli xarici valyuta əmanətləri üzrə maksimal faiz dərəcəsi dəyişməyərək 1% qalacaq.
Fond qərarı valyuta depozitləri üzrə faizlərin tənzimlənməsinin mərhələli liberallaşdırılması ilə izah edir. Qazaxıstanda depozitlərin dollarlaşma səviyyəsi 2015-ci ildəki 80%-dən 2026-cı il sentyabrın 1-nə 19,2%-ə düşüb.
Xatırladaq ki, Azərbaycanda isə qorunan xarici valyuta əmanətləri üzrə illik faiz dərəcəsinin yuxarı həddi hazırda 2,5% təşkil edir. Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, milli valyutada qorunan əmanətlər üçün bu hədd 12%-dir. Xarici valyutada 2,5%-dən yüksək faizlə yerləşdirilən əmanətlər qorunan əmanət hesab edilmir.

Banklar     Tarix: 28 sentyabr 2026

Oxşar xəbərlər

Dünya Bankı: Azərbaycan Orta Dəhlizin 3,2 milyard dollarlıq layihələrində iştirak edir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) boyunca yerləşən 16 ən prioritet və genişmiqyaslı infrastruktur layihəsinin ümumi dəyəri 25,1 milyard ABŞ dollarına çatır. Bu barədə Dünya Bankının "İnteqrasiya

Xaricə gedənlərin sığortasına 712 min manat ödənilib - Səyahət sığortası üzrə ödənişlər 78% artıb

Xaricə səfər edən vətəndaşların sığortası üzrə həm yığımlarda, həm də ödənişlərdə yüksək artım qeydə alınıb. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqustunda səyahət sığortası üzrə ödənişlə

Azərbaycanın bu bankının Londonda filialının açılması müzakirə olunur

ASB Bankın gələcəkdə Londonda filialının açılması imkanları müzakirə olunur. Bunu ASB Bankın Müşahidə Şurasının sədri Tahir Gozəl bildirib. Tahir Gozəl qeyd edib ki, hazırda ASB Bank əsasən korporativ bank kimi fəaliyyə

Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur

Son vaxtlar şirkətlərin əməkdaşları üçün seçdiyi bir sığorta məhsulu var. Bugünədək artıq 130-dan çıx şirkət bu məhsulu öz işçiləri üçün alıb. Bu da təxminən yüz minlərlə əməkdaşın həyat sığortası ilə təmin edildiyini göstərir

Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"

31 avqust 2026-cı il tarixinə bankların kredit portfeli 32 milyard 824 milyon 200 min manat təşkil edib. Bir il əvvəl (31 avqust 2025-ci il tarixində) portfel 28 milyard 704 milyon 900 min manat idi. Azərbaycan Mərkəzi Bankını

Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı

Azərbaycan bank sektorunun 2026-cı ilin yanvar–avqust ayları ərzində depozitlər üzrə faiz xərcləri 827 milyon 500 min manatdan 995 milyon manata yüksəlib. Bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasınd

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib

Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə ödənişlərin artım tempi yığımları əhəmiyyətli dərəcədə üstələyib. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqustunda bu sığorta növü üzr

Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərin həcmi 2026-cı ilin ilk 8 ayında 100 milyon manatı keçib. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, yanvar-avqust aylarınd

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir

Qazaxıstanda yaşayış icazəsi olmayan əcnəbilər bank hesabı və ödəniş kartı açarkən artıq sırf qeyri-rezident olduqları üçün avtomatik olaraq yüksək riskli müştəri hesab edilməyəcəklər. "Forbes Kazakhstan"a istinadə


iqtisadi xeberler investisiya dollar məzənnəsi internetden pul qazanmaq bu gunun xeberleri