"Qələbəni elan etmək üçün hələ tezdir"
Dünən ABŞ Mərkəzi Bankı (FED) gözlənildiyi kimi uçot dərəcəsini dəyişməyərək 5,25-5,5% səviyyəsində saxladı. FED 2024-cü ildə 3 iclasında faizlərini 0,75 faiz bəndi azalda biləcəyini proqnozlaşdırır.
Marja.az xəbər verir ki, mətbuat konfransı zamanı FED sədri Jerome Powell (Cerom Pauel), uçot dərəcəsinin ən yüksək səviyyəsinə çatdığını, böyük ehtimalla daha artırılmayacağını söylədi və rəsmilərin indi onu nə vaxt endirməyə başlayacağını müzakirə etdiklərini dedi.
Pauel inflyasiya ilə mübarizədə əhəmiyyətli irəliləyişlərə diqqət çəkib. "İnflyasiya yüksək səviyyədən aşağı düşüb və bu, işsizlikdə əhəmiyyətli artım olmadan baş verib. Bu, çox yaxşı xəbərdir", - FED rəhbəri bildirib.
Buna baxmayaraq, Pauell, FED-in lazım gələrsə, pul siyasətini daha da sərtləşdirməyə hazır olduğunu bir daha vurğuladı. O, inflyasiyanın (hazırda 3,1% - red) hələ də çox yüksək olduğunu və hədəf 2%-ə qayıtmaq üçün müəyyən vaxt lazım olduğuna aydınlıq gətirib. FED sədri qələbə elan etməyin hələ tez olduğunu bildirib.
Fed rəhbəri dördüncü rübdə iqtisadiyyatda əhəmiyyətli bir yavaşlama olduğunu da bildirdi. "Son göstəricilər göstərir ki, iqtisadi aktivlik üçüncü rübdə müşahidə olunan tempdən əhəmiyyətli dərəcədə aşağı düşüb. Buna baxmayaraq, bütövlükdə ÜDM il ərzində təxminən 2,5% artacaq", - deyə Cerom Pauel bildirib. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatının indi tənəzzülə uğradığını söyləmək üçün heç bir əsas yoxdur, lakin 2024-cü ildə tənəzzül ehtimalı həmişə var.
Fed ritorikasını nəzərəçarpacaq dərəcədə yumşaltsa da, dərəcələr hələ də 2001-ci ildən bəri ən yüksək həddədir. Bazar FED-in pul siyasətini yumşaltmağa yalnız mart ayında başlayacağını gözləyir.
Bir sıra iqtisadçılar yüksək faiz dərəcələrinin gələn il iqtisadiyyata mənfi təsir edəcəyini, tənəzzül baş verəcəyini və bu fonda neftin qiymətlərinin düşəcəyini proqnozlaşdırırlar.

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?