Qırmızı Ürəklər Fondu "Qurban payı" aksiyasına start verir
®Yardımlaşma, mərhəmət, ətraf mühitə və insanlara sevgi, qayğı ilə yanaşmaq kimi nəcib dəyərləri yaşadan və təbliğ edən Qırmızı Ürəklər Fondu "Qurban payı" ianə aksiyasına start verir. 6-7 iyun Qurban bayramı münasibəti ilə təşkil edilən layihə çərçivəsində xeyirxah insanların ianələri hesabına toplanan vəsait ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələr üçün qurban payına çevriləcək.
Aksiyaya qoşulmaq, daha çox ailəyə bayram sevinci yaşatmaq üçün redhearts.az veb-saytında "İanə et" bölməsindən və Birbank mobil tətbiqindən müvafiq olaraq ianə etmək mümkündür.
Redhearts veb-saytı:
Birbank mobil tətbiqi:
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə "Kapital Bank" ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil olmaq kifayətdir. / banker.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın ən varlı 10 müğənnisi
Whatsapp biznesin üstünlükləri nələrdir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
"Coca-Cola" haqqında 5 maraqlı fakt