Qızılın ucuzlaşması davam edə bilər

Qızılın ucuzlaşması davam edə bilərDünən Avrozonada proqnozların üzərində, İngiltərədə isə ehtimallara uyğun açıqlanan inflyasiya göstəriciləri fonunda EUR/USD və GBP/USD məzənələrində qiymətlərin bahalaşdığı müşahidə olunsa da, ABŞ-da iqtisadiyyata dair müsbət siqnallar və şirkətlərin maliyyə hesabatları dolların qiymətlərinə dəstək oldu. Nəticədə günün sonuna doğru avro və funt dollar qarşısındakı qazanclarını geri verdi.
Digər tərəfdən, ABŞ Federal Ehtiyatlar Sisteminin "Bej Kitab" Hesabatı, ümumi iqtisadi aktivliyin son həftələrdə "çox az" dəyişdiyini və artım gözləntilərinin böyük ölçüdə dəyişmədiyini ortaya qoydu.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Hesabatda qeyd olunur ki, məşğulluğun artımı bir qədər səngiyib, lakin əməkhaqqı müəyyən qədər mülayimlik nümayiş etdirsə də, yüksək olaraq qalır. Ümumilikdə qiymət səviyyələrinin orta səviyyədə artdığı bildirilən hesabatda qiymət artımının sürətinin azaldığının izlənildiyi vurğulanıb.
Bu da dünən Amerika sessiyasında dolların yenidən qüvvətlənməsinə dəstək oldu. 
DXY-ın yüksəlməsi fonunda qızılda eniş tendensiyası bir qədər dərinləşib. Çərşənbə günü 1967$-a kimi ucuzlaşan qızıl buradan dəstək alaraq bir qədər bahalaşıb. Hazırda 1993$-dan təklif edilən qiymətli metalda "ayılar" qiyməti 2000$-ın altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər. Dünənin minimum həddi - 1967$ səviyyəsi qırılarsa, qızılın bir unsiya üzrə qiyməti 1952$-a kimi ucuzlaşa bilər.
Məlumat İnvestAz İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 20 aprel 2023

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı


iqtisadi xeberler biznes xeberleri internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti