Qlobal bank Türk lirəsinin daha da "öləcəyini" gözləyir
Qlobal investisiya bankı "Goldman Sachs"ın analitikləri hesabatlarında məzənnəyə olan təzyiqlərə istinad edərək, dollar/TL proqnozlarını 3, 6 və 12 aylıq yuxarıya doğru yenidən nəzərdən keçiriblər.
Marja.az xəbər verir ki, "Goldman Sachs"ın analitikləri, rüblük Dollar/TL proqnozunu 19-dan 23-ə, altı aylıq proqnozunu 21-dən 25-ə, on iki aylıq proqnozunu isə 22-dən 28-ə qaldırdılar.
Analitiklər qeyd ediblər ki, Türkiyənin xalis valyuta ehtiyatlar mənfi əraziyə keçib.
Lirəyə olan bu təzyiqi nəzərə alan analitiklər birdəfəlik korreksiya ehtimalının artdığını bildirərək, "Məsələ lirənin zəifləyib-zəyifləməyəcəyindən deyil, nə zaman zəifləməsindən gedir" deyib.
Analitiklər qeyd ediblər ki, mövsümi turizm gəlirləri rəsmilərə kəskin valyuta korreksiyasını (lirənin ucuzlaşmasını) təxirə salmaq imkanı verə bilər, lakin yerli seçkilər (bələdiyyə seçkiləri - red) üfüqdə olduğu üçün onlar hələ də daha erkən korreksiya gözləyirlər.
Hesabatda, "Lirədəki zəifliyi daha yüksək faiz dərəcələrinə keçid və Mehmet Şimşekin maliyyə naziri təyin edilməsinin investorların inamına müsbət təsiri ilə yumşaltmaq olar", - deyə bildirilir.
Bu gün birjada Dollar/Türk Lirəsi məzənnəsi 21 lirəni də keçərək 21,18 lirəni görüb.

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi