Qlobal bazarlarda son vəziyyət
Dünən ABŞ fond indekslərinin ticarət sessiyasını artımla bağladıqlarına baxmayaraq, dollar major valyutalar qarşısında bir qədər mövqelərini itirdi. Hal-hazırda EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0897, 1.2728 və 148.017 səviyyələrində ticarət olunur.
"Dow Jones" və "S&P 500" fond indekslərinin dəyəri bazar ertəsi günü iqtisadi artımla və ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) atacağı müsbət addımlarla bağlı nikbin proqnozlar fonunda rekord həddə çatdı. İndekslər müvafiq olaraq 38 048.92 bənd və 4 863.88 bənd səviyyələrində tarixi maksimum həddlərini yenilədilər.
Həmçinin ekspertlər bir həftə öncə FED-in artıq mart toplantısında faiz dərəcələrini azaldacağını səsləndirsələr də, hal-hazırda fikirlər dəyişir və ilk faiz azalmasının may ayında baş tutacağı ilə bağlı proqnozlar artır.
Qeyd etmək lazımdır ki, bazar iştirakçıları çərşənbə günü ABŞ, Avrozona və Böyük Britaniyada dərc olunacaq Biznes Aktivliyi İndeksi və cümə axşamı günü Avropa Mərkəzi Bankının faiz qərarını, eləcə də, ABŞ-da açıqlanacaq ÜDM göstəricilərini maraqla gözləyirlər.
Məlumat İnvest-AZ İnvestiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?