Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətBugün Yaponiya Mərkəzi Bankı aprel toplantısının nəticələrinə əsasən, uçot faiz dərəcəsini 0-0.1% səviyyəsində saxladı. Qeyd etmək lazımdır ki, tənzimləyici qurum mart ayında 17 il ərzində il dəfə olaraq uçot dərəcəsini artırmışdı. Xatırladaq ki, sonuncu dəfə 2007-ci ilin fevral ayında Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini 0.5%-ə qaldırmışdı, sonra isə 2008-ci ilin oktyab ayından başlayaraq faiz dərəcələrini endirməyə başlamışdı. 2016-cı ilin yanvar ayında isə tənzimləyici qurum -0.1% səviyyəsində mənfi uçot faiz dərəcəsi tətbiq etmişdi. 
Yaponiya dövlət istiqrazlarına, dövriyyədə olan kommersiya xarakterli qiymətli kağızlara (CP) və korporativ istiqrazlara gəldikdə, tənzimləyici qurum mart qərarına uyğun olaraq geri alma siyasətini davam etdirəcək. Mərkəzi Bank təxminən bir ildən sonra onların alınmasını dayandıracaq. Həmçinin mərkəzi bank ölkənin ÜDM artımı proqnozunu 1.2%-dən 0.8%-ə qədər endirib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yaponiya Mərkəzi Bankının faiz qərarı fonunda USDJPY tarixi maksimum həddi yeniləyərək,  156.200 səviyyəsinə qədər bahalaşdı. Hal-hazırda valyuta cütlüyü 156.150 səviyyəsində ticarət olunur. EUR/USD və GBP/USD valyuta cütlükləri isə müvafiq olaraq 1.0724 və 1.2505 səviyyələrində qərarlaşıblar. Dollar indeksi 105.64 bənd təşkil edir.
Bazar iştirakçıları bugün ABŞ-ın Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosu tərəfindən Bakı vaxtı ilə saat 16:30-da dərc olunacaq mart ayı üzrə ölkə əhalisinin gəlirləri və xərcləri haqqında məlumatları diqqətlə izləyəcəklər. Ekspertlər fevral ayı ilə müqayisədə gəlirlərin 0.5%, xərclərin isə 0.6% artığını proqnozlaşdırırlar.
ABŞ-da ÜDM üzrə məlumatlar dərc olunduqdan sonra, cümə günü səhər beynəlxalq birjalarda neft qiymətləri bahalaşır. "Brent" markalı neft 87.40$ səviyyəsindən 89.20$ səviyyəsinə qədər artım göstərdi. "WTI" markalı neft isə 84.5$ səviyyəsinə qədər yüksəlib. Cari həftənin sonunda "Brent" markalı neft təqribi olaraq 2.4%, "WTI" markalı neft isə 1% bahalaşıb.
Məlumat İnvest-AZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 26 aprel 2024

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri avtomobil xeberleri biznes ideyalari