Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətCümə axşamı günü ABŞ-da iyunun 8-də bitən həftə üzrə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayına dair məlumatların və İshehsal Qiymətləri İndeksinin proqnozların altında dərc olunmasına baxmayaraq, dollar major valyutalar qarşısında bahalaşmağa davam edib. Belə ki, müavinət üçün müraciət edənlərin sayı 242 min nəfər, aylıq ifadədə İstehsal Qiymətləri İndeksi isə -0.2% təşkil edib. 
EUR/USD və GBP/USD valyuta cütlükləri müvafiq olaraq 1.0737 və 1.2750 səviyyələrində ticarət olunurlar. Bugün Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini 0.10% səviyyəsində saxlaması fonunda USDJPY cütlüyü isə 1 may tarixindən ilk dəfə olaraq 157.970 səviyyəsinə qədər bahalaşıb. Həmçinin Japoniyada mart ayında 4.4% artan sənaye sektorunda istehsal həcmi, aprel ayında 0.9% azalıb. 
Qlobal bazarlarda son vəziyyətBeynəlxalq birjalarda neft qiymətləri bahalaşmağa davam edirlər. "Brent" markalı neft bir barrel üçün 82.50$ səviyyəsində, "WTI" markalı neft isə bir barrel üçün 78.30$ səviyyəsində ticarət olunur. Qızıla tələb azalır və bunun fonunda dəyərli metal 2295$ səviyyəsinə qədər ucuzlaşıb. Lakin, bugün səhər saatlarında qızılın qiyməti 2308$ səviyyəsinə qədər artım göstərib.
Bugün Bakı vaxtı ilə saat 13:00-da "Eurostat" tərəfindən dərc olunacaq Avrozonanın Ticarət Balansına dair məlumatlar investorların diqqət mərkəzində olacaq əsas hadisələrdən biridir. Analitiklər hesab edirlər ki, aprel ayında Ticarət Saldosunun profisiti 17 milyard avro təşkil edib. Həmçinin bugün FED pul-kredit siyasətinə dair hesabatını dərc edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 14 iyun 2024

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə


iqtisadi xeberler dollar məzənnəsi bitkoin almaq en son xeberler pul qazanmaq