Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da əmək bazarında soyumağa işarə edən məlumatların ardından birjalar günü qarışıq nəticələrlə başa vurub.
ABŞ-da "JOLTS" vakant iş yerlərinin sayı 2021-ci ildən bəri ən aşağı səviyyəyə endikdən sonra birjalarda qarışıq tendensiya müşahidə olunub.
Dünən açıqlanan məlumatlara görə, ABŞ-da "JOLTS" vakant iş yerlərinin sayı oktyabr ayında əvvəlki ayla müqayisədə 617 min azalaraq 8 milyon 733 minə düşüb. Bazar proqnozlarından aşağı olan vakansiyaların sayı 2021-ci ilin martından bəri ən aşağı səviyyəsini görüb.
Analitiklər, boş iş yerlərinin sayının azalmasının yüksək faiz dərəcələrinin əmək tələbini azaltdığının göstəricisi olduğunu və bu nəticələrin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin sərtləşdirmə dövrünün sona çatması ilə bağlı ehtimalları dəstəklədiyini bildirib.
Əmək bazarında soyumağa işarə edən məlumatların ardından ABŞ-ın 10 illik istiqrazlarının gəlirlilik faizi təxminən 11 baza bənd azalaraq 4.16% olub.
Bundan əlavə, ABŞ-da Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi ilə bağlı dünən açıqlanan məlumatlar sektorun gücünü qoruduğunu göstərdi. Təchizat İdarəetmə İnstitutunun (ISM) Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) noyabr ayında bazar proqnozlarını üstələyərək aylıq müqayisədə 0.9 bənd artıb və 52.7 bəndə yüksəlib. "S&P Global" tərəfindən açıqlanan noyabr ayı xidmət sektoru PMI məlumatları da 50.8 bəndlik göstərici ilə 4 ayın ən yüksək səviyyəsini qoruyub.
Digər tərəfdən, "Bitcoin" 2022-ci ilin aprelindən bəri ilk dəfə olaraq 44.000$-ı ötüb. Bahalaşmağa səbəb kimi spot Bitcoin mübadilə fondunun (ETF) tətbiqinin təsdiqlənəcəyi ehtimallarını qeyd edə bilərik.
Bu gün isə investorlar ABŞ-da açıqlanacaq özəl sektorda məşğulluqla bağlı məlumatları (ADP) diqqət mərkəzində saxlayacaqlar.
Kriptovalyuta birjalarındakı qiymət artımları fonunda "güvənli liman" olan qızıla tələb azalmaqda davam edir. Qızılın qiyməti cari həftənin ilk günü yaşanan 196$-lıq volatillikdən sonra 2021$ səviyəsində stabilləşib. Hazırda 2021$-dan təklif edilən qızıl 2018.00 səviyyəsini qırsa, növbəti nail oluna biləcək hədəfləri 2010$ və 2000$ səviyyələridir. Mümkün artım ssenarisində isə, qiymət əgər 2035$ səviyyəsindəki müqavimət həddini qırsa, növbəti müqavimət hədləri kimi 2047$ və 2061$ səviyyələri çıxış edir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?