Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ-da əmək bazarı ilə bağlı məlumatların ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sərt pul-kredit siyasətinin sona çatacağına dair ehtimalları gücləndirməsi invetorların dollar alışlarında ehtiyyatlı davranmalarına səbəb olur.
ABŞ-da zəif açıqlanan "JOLTS" Boş İş Yerləri və Vakansiyalar üzrə göstəricilərindən sonra, dünən proqnozların altında dərc olunan özəl sektorda məşğulluqla bağlı məlumatlar (ADP) da əmək bazarındakı soyumağa işarə etdi.
Hesabata görə ABŞ-da özəl sektorta məşğulluq noyabr ayında bazar proqnozlarının altında  - 103 min nəfər - artdı. Eyni dövrdə əmək haqqı artımındakı ləngimə davam edərkən, noyabr ayında illik maaşlarda 5.6% artım qeydə alınıb.
Əmək bazarında soyumağa işarə edən məlumatların ardından ABŞ-ın 10 illik dövət istiqrazlarının gəlirlilik faizi 4.106% ilə 3 ayın ən aşağı səviyyəsini test etdikdən sonra 4.114% səviyyəsində qərarlaşıb.
Bundan əlavə, ABŞ-da bu ilin üçüncü rübündə qeyri-kənd təsərrüfatı sektorunun məhsuldarlığı 5.2% ilə proqnozların üzərində artarkən, vahid əmək xərcləri 1.2% ilə ehtimal olunandan çox azalıb. Analitiklər üçüncü rübdə vahid əmək xərclərinin azalmasının da inflyasiyanın yavaşlamasına işarə etdiyini bildiriblər.
Digər tərəfdən, neft qiymətlərinin təxminən 4% azalması enerji ehtiyatlarına təzyiq göstərdiyi üçün, "Exxon Mobil"-in səhmləri 1%-dən, "Marathon Petroleum"-un səhmləri isə 3%-dən çox dəyər itirib.
Çip istehsalçısı "Nvidia"-nın səhmləri şirkətin Baş İcraçı Direktoru (CEO) Yensen Huanq Çin bazarı üçün yeni çiplərin ixrac məhdudiyyətlərinə uyğunlaşmanı təmin etmək üçün ABŞ hökuməti ilə sıx əməkdaşlıq etdiyini elan etdikdən sonra 2%-dən çox ucuzlaşıb.
Analitiklər, əmək bazarı məlumatlarının monetar siyasətin gedişatı ilə bağlı daha çox ipucu əldə etmək üçün investorların diqqət mərkəzində olduğunu və bugün ABŞ-da İşsizlik Müavinatı üçün Müraciətlərin Sayıa dair məlumatların, sabah isə Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin sayına (NFP) dair statistik rəqəmlərin izləniləcəyini qeyd edirlər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 07 dekabr 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq