Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ-da bugün açıqlanacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin sayına (NFP) dair göstəricilər öncəsi dünya birjalarında dollar güclü mövqelərini qorumaqda davam edir.
ABŞ-da zəif açıqlanan "JOLTS" Boş İş Yerləri və Vakansiyalar və özəl sektorda məşğulluqla bağlı məlumatlar (ADP) göstəricilər əmək bazarında bir soyumağa işarə etsə də, dünən dərc edilən İlk Dəfə İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı ilə bağlı həftəlik məlumatlar qarışıq siqnallar verdi.
Hesabata görə ABŞ-da İlk Dəfə İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı 2 dekabr ilə bitən həftədə 220 minə yüksəldi, lakin bu artıma baxmayaraq, işsizlik müavinəti müraciətləri bazar proqnozlarının altında qaldı. Bundan əlavə, işsizlik müavinəti müraciətlərində davam edən azalma, işdən çıxarmaların sürətinin artmadığını göstərdi.
Analitiklər bugün açıqlanacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin sayına dair göstəricilərin ABŞ-da pul-kredit siyasətinin gedişatı ilə bağlı daha çox ipucu əldə etmək üçün investorların diqqət mərkəzində olduğunu bildiriblər.
Digər tərəfdən, dünən ən qabaqcıl süni intellekt modeli "Gemini"-ni təqdim edən "Google"-un ana şirkəti "Alphabet"-in səhmlərinin 5%-dən bahalaşması da bazarlarda müsbət gedişi dəstəklədi.
"Meta", "OpenAI" və "Microsoft AMD"-nin ən yeni süni intellekt çipindən istifadə edəcəklərini elan etdikdən sonra "Advanced Micro Devices" (AMD) səhmləri də 9%-dən çox artıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 08 dekabr 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq