Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ Federal Ehtiyatlar Sistemindən (FED) sonra cümə axşamı Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Mərkəzi Bankı (BoE) 2023-cü ilin son toplantısını keçirdi və hər iki bank da analoji olaraq uçot faiz dərəcələrini sabit saxladı.  
Lakin Cerom Paveldən fərqli olaraq hər iki mərkəzi bankın sədri daha "şahin" açıqlamaları ilə diqqət çəkdi. Belə ki, hər iki tənzimləyici qurumdan yapışqan inflyasiya üzərində qələbəni qeyd etmək üçün hələ tez olduğu, yumşaq monetar siyasətə keçmək üçün daha çox faktın gərəkdiyi vurğulanıb.
BoE sədri Endryu Beyli  - "Baza inflyasiyası narahatedici dərəcədə yüksək olaraq qalır. İndiyə qədər manşet inflyasiyada azalma müşahidə olunsa da, hələ də 2%-lik inflyasiya hədəfinə uyğun səviyyədə deyil" - deyə qeyd edib.
Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard da faiz dərəcələrinin endirilməsi üçün zamandan deyil, məlumatlardan asılı olacaqlarını söylədi.
Çıxışına hər zamanki kimi ilk olaraq pul-kredit siyasəti qərarlarını oxuyaraq başlayan Laqard, ECB İdarə heyətinin bugün 3 əsas faiz dərəcəsini sabit saxladığını və bu qərarın inflyasiyanın   2%-ə endirilməsini hədəflədiyini qeyd etdi.
İnflyasiya risklərinin geosiyasi gərginliyi də ehtiva etdiyini bildirən xanım Laqard, iqlim hadisələrinin də ərzaq qiymətlərini artıra biləcəyini vurğuladı.
Oktyabrın sonunda keçirilən son görüşdən sonra birja faiz dəyərlərinin kəskin şəkildə aşağı düşdüyünü bildirən Laqard, sərt monetar siyasətin real iqtisadiyyata hərtərəfli təsirini davam etdirdiyini bildirib.
ECB-nin iqtisadi göstəricilərə əsaslanaraq hərəkət etdiyini təkrar edərək, faiz dərəcələrinin azaldılmasının və ya azaldılmamasının əsas qiymət təzyiqindən, inflyasiya görünüşündən və sərt pul-kredit siyasətinin iqtisadiyyata təsirlərindən asılı olacağını vurğulayıb.
Nəticədə, hər üç Mərkəzi Bankın baş bankirin açıqlamalarından yola çıxaraq investorların FED-in faiz endirimlərinə daha tez başlayacağını dəyərələndirməsi fonunda DXY ardıcıl üçüncü günlük şamını da enişlə tamamladı.
Faiz endirimi ehtimallarının güclənməsi fonunda DXY günü günlük şamını 101.96 bənd səviyyəsində tamamladı. Hazırda da dollar major valyutalar qarşısında ucuzlaşmaqda davam edir. Belə ki, EURUSD, GBPUSD, XAUUSD (qızıl) müvafiq olaraq 1.1000, 1.2770, 2036$ hədlərinə kimi bahalaşıb, USDJPY, USDCHF məzənnələri isə 141.40 və 0.8637 hədlərinə qədər ucuzlaşıb. 
Bugün isə Amerikada, Böyük Britaniyada, Avrozonada və Almaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 15 dekabr 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq