Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftə ABŞ Federal Ehtiyatlar Sistemi (FED) rəsmilərinin gələn il faiz endirimlərinin başlayacağına dair açıqlamalarına baxmayaraq, yeni həftənin açılışında dollar indeksində müsbət tendensiya müşahidə edildi.
FED-in ötən həftə keçirilən bu ilin son iclasından gələcək dövrlə bağlı siqnallar gələn il faiz endirimlərinə başlana biləcəyinə dair nikbin atmosferi bəsləsə də, FED rəsmilərinin cümə günü verdiyi açıqlamalar bu optimizmi azaldıb. Belə ki, Çikaqo FED sədri Austan Qulsbi, FED-in tezliklə və sürətlə faiz dərəcələrini aşağı salmaq üçün əvvəlcədən öhdəlik götürmədiyini və birjaların faiz endirimi ehtimallarının güclənməsinin bankın fəaliyyəti ilə ziddiyyət təşkil etdiyini söylədi.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
San-Fransisko FED sədri Meri Deyli verdiyi müsahibədə həddindən artıq sərtləşmənin qarşısını almaq üçün gələn il faiz dərəcələrinin aşağı salınmasının lazım ola biləcəyini bildirib. Deyli, inflyasiyada azalma davamlı olacağı təqdirdə, FED-in gələn il uçot faizini üç dəfə azalda bilər. Lakin, monetar siyasətin kifayət qədər məhdudlaşdırıcı olacağını bildirib.
Analitiklər, investorların bu həftə FED-in faiz dərəcələrini aşağı salmağa nə vaxt başlaya biləcəyinə dair fikir formalaşdıra biləcək iqtisadi məlumatları izləyəcəklərini qeyd edirlər.
Korporativ tərəfdən, Yaponiyanın "Nippon Steel"-in şirkəti 14.9 milyard dollarlıq müqavilə ilə "US Steel"-i alacağı xəbərindən sonra, sonuncunun səhmləri 26%-dən çox dəyər qazanıb.
ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri olan "Apple"-n səhmləri Çinin "dövlət işçilərinin "iPhone"-lardan istifadəsinə qoyulan qadağaları genişləndirməsi" xəbərindən sonra təxminən 1% ucuzlaşıb.
Cari həftənin ilk ticarət gününü 102.56 bənd səviyyəsində tamamlayan DXY hazırda 102.60 bənd səviyyəsində qərarlaşıb. Həftənin ilk günü major valyutalar və qızıl dollar qarşısında bir qədər zəifləyiblər.
Bugün isə, Avrozonada İstehlak Qiymətləri İndeksi göstəriciləri və Amerikada tikinti sektoruna dair statistik rəqəmlər valyuta birjalarında tendensiyaların formalaşmasına ciddi təsir edə bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"
"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb
"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır
Onlayn biznes ideyaları
Biznes nədir və hansı növləri var?
Fond birjası nədir?
Digital Card nədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları