Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini aşağı salmağa başlaya biləcəyi ehtimallarının getdikcə güclənməsi fonunda çərşənbə axşamı ABŞ dolları əksər major valyutalar qarşısında ucuzlaşıb. Yaponiya Bankının "ultra yumşaq" pul-kredit siyasətini davam etdirmək qərarından sonra dollar qarşısında mövqeyini qoruya bilməyən Yapon yeni isə istisna olaraq qalır.
FED rəsmiləri, 2024-cü ildə mümkün faiz endirimlərinə dair mesajlar verən Federal Açıq Bazar Komitəsinin keçən həftə keçirilən iclasından sonra bazar proqnozlarını yönləndirməyə çalışırlar. FED-in mart iclasında uçot dərəcəsinin endirilməsi ehtimalı 67.5% səviyyəsində qiymətləndirir və bu ehtimallar isə maliyyə bazarlarında dollara tələbin kəskin azalmasına səbəb olub.
Hazırda investorları düşündürən əsas məqam Federal Ehtiyatlar Sisteminin bu proqnozlara uyub uymayacağıdır. Bu isə, potensial olaraq bazarda ciddi burulğunlara səbəb ola bilər.
Atlanta FED-in sədri Rafael Bostic ilin ikinci yarısında iki faiz endirimi ilə bağlı proqnozunu təkrarlayıb, lakin tələsməyə ehtiyac olmadığını vurğulayıb. Eyni zamanda, Riçmond FED-in sədri Tomas Barkin isə bildirib ki, mərkəzi bankın faiz dərəcələrini aşağı sala bilməsi iqtisadiyyatın gedişindən asılı olacaq.
Dollar indeksi 102.20 bənd səviyyəsində qərarlaşıb. Qeyd edək ki, indeks ötən həftə 101.76 bəndlik göstərici ilə son dörd ayın ən aşağı səviyyəsinə çatıb. 
Analitiklər həmçinin qeyd ediblər ki, gələcək iqtisadi məlumatlar dolların istiqamətinin müəyyən edilməsində həlledici rol oynayacaq, çünki bu məlumatlar gələn il üçün proqnozlaşdırılan faiz endirimlərinin əsaslı olub-olmaması barədə ipucları verəcəklər.
İnvestorlar bu həftənin cümə günü FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Baza Şəxsi İstehlak Xərcləri (PCE) Qiymət İndeksinin açıqlanmasını gözləyirlər. Bu göstərici inflyasiyanın gələn il monetar siyasətin yumşaldılmasını təmin edəcək qədər yavaşlayıb-yavaşlamamasına işıq tuta bilər.
Yaponiya Mərkəzi Bankının sədri Kazuo Uedanın yaxın gələcəkdə mənfi faiz dərəcələrindən imtina etməyi düşünmədiklərini vurğulayan şərhlərindən sonra Yapon yeni zəifləyib və dollara qarşı 143.78 yen səviyyəsində ticarət edilib. Analitiklərin fikirlərinə görə, aprel ayına qədər Yaponiyanın monetar siyasətində hər hansı bir dəyişikliyinin olmayacağı ehtimal edilir.
Avro dollar qarşısında gücünü qoruyub 1.0970$-dan ticarət edildiyi halda, dolların zəifliyindən bəhrələnərək çərşənbə axşamı Britaniya funt-sterlinqi də bahalaşaraq günlük şamını 1.2720$ hədlərində tamamlayıb.
Bugün isə, İngiltərən İstehlak Qiymətləri İndeksi, İstehsal Qiymətləri İndeksi, Almaniyada İstehsal Qiymətləri İndeksi və Amerikada "Conference Board" İstehlakçıların Güvən İndeksi kimi önəmli iqtisadi göstəricilər valyuta birjalarında tendensiyaların formalaşmasına ciddi təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 20 dekabr 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq