Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da əmək və daşınmaz əmlak bazarlarına dair məlumatların dərcindən sonra əsas fond indeksləri atım tendensiyasını sərgiləyirlər. Ötən həftə ölkədə işsizlik müavinəti üçün müraciətlərin sayı gözlənilmədən 187 minə enib. Bundan əlavə, dekabr ayında ABŞ-da tikintisinə başlanılan yeni evlərin sayı proqnozların altında qalaraq noyabr ayı ilə müqayisədə 4.3% azalaraq 1.46 milyon təşkil edib.
Açıqlanan statistik göstəricilər fonunda "Dow Jones" indeksi 0.3% eniş edərək 37 156.64 bənd, "NASDAQ" yüksək texnologiyalar indeksi 0.93% eniş edərək 14 993.06 bənd, "S&P 500" geniş bazar indeksi isə 0.26% eniş edərək 4 751.63 bənd səviyyəsində qərarlaşıb.
Həmçinin dünən ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı məlumatların dərcindən sonra dünya bazarlarında neft qiymətlərinin artım tempi 1-1.3%-ə çatıb. Gün sonuna olan məlumatlara əsasən, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 0.91% artaraq bir barel üçün 78.59$-a, "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 1.32% artaraq 73.43$-a çatıb.
Eləcə də, ABŞ-da neft hasilatı yanvarın 12-də başa çatan həftədə gündəlik 100 min barrel artaraq 13.3 milyon barrelə çatıb. Orta hesabla, son dörd həftə ərzində ABŞ-da gündəlik neft hasilatı 13.25 milyon barrel təşkil edib.
Ardıcıl iki ticarət sessiyasında dolların məzənnəsində aktiv artım fonunda 2.5% ucuzlaşan qızıl qiymətləri cümə axşamı günü bir qədər bahalaşaraq 2020$ səviyyəsinin üzərində möhkəmlənib.
Bugün Böyük Britaniyada açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və ABŞ-da Təkrar Mənzil Bazarında Satışların Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir. Əlavə olaraq Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı da birjalarda qiymətlərin formalaşmasına əhəmiyyətli təsir edə biləcək hadisələrdəndir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?