Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da dərc olunan statistik məlumatlar fonunda, dollar major valyutalar qarşısında bir qədər bahalaşıb. Ötən günə 1.0947 səviyyəsində başlayan EUR/USD cütlüyü, günü 1.0880 səviyyəsində tamamladı. Eyni qaydada GBP/USD və USD/JPY valyuta cütlükləri dünənki ticarət gününə müvafiq olaraq 1.2795 və 147.680 səviyyələrində başlasalar da, gün sonunda 1.2749 və 148.265 səviyyələrində qərarlaşmışdılar. Dollar indeksi 0.08% artaraq, 103.44 bənd təşkil edir.
Dünən açıqlanan məlumatlara əsasən, fevral ayında ABŞ-da Pərakəndə Satış Dövriyyəsinin Həcmi yanvar ayı ilə müqayisədə 0.6% artıb. Məlumatlar proqnozların altında dərc olunub. Belə ki, analitiklər göstəricinin 0.8% artacağını ehtimal edirdilər. Qeyd etmək lazımdır ki, Pərakəndə Satış Dövriyyəsinin Həcmi ABŞ iqtisadiyyatının sağlamlığının ən mühüm göstəricilərindən biridir, çünki istehlak xərcləri ölkənin ÜDM-nin təxminən 70%-ni təşkil edir.
Eyni zamanda, əmək bazarına dair məlumatlar da açıqlanıb. ABŞ-da martın 9-da bitən həftə üçün İşsizlik Müavinətı Üzrə Müraciətlərin Sayı öncəki həftənin yenilənmiş nəticələri ilə müqayisədə 1 min nəfər azalaraq 209 min nəfər təşkil edib. Ekspertlər, əksinə, göstəricinin artacağını proqnozlaşdırmışdılar.
Dolların bahalaşması fonunda qızıl bir qədər eniş tendensiyası sərgiləyir. Həftəyə 2188$ səviyyəsində başlayan dəyərli metal, hal-hazırda 2165$ səviyyəsində ticarət olunur. Nyu-Yorkun "Comex" birjasında qızılın aprel fyuçerslərinin qiyməti 1.95$ və ya 0.09% artaraq 1 troy unsiyası üçün 2169.45$ olub. Analitiklər qızılın ABŞ-dan gələn statistik məlumatlara və FED-in monetar siyasəti haqqında siqnallara qarşı həssas olduğunu qeyd edirlər. Ənənəvi olaraq güclü statistika yüksək dərəcələrə dair gözləntiləri dəstəkləyir, bu da dolların möhkəmlənməsinə və qızılın ucuzlaşmasına kömək edir.
Bugün səhər "Brent" markalı neftin bir barrel üçün dəyəri 86$ həddinin üzərinə qalxdı və sonra cüzi şəkildə eniş göstərdi. "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 0.23% ucuzlaşaraq, bir barrel üçün 85.22$ səviyyəsinə enib. "WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0.22% ucuzlaşaraq, bir barrel üçün 81.08$ təşkil edib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Milyonlar qazandıran qəribə biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?