Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən axşam dollar avro qarşısında bahalaşsa da, yen qarşısında bir qədər ucuzlaşıb.
EURUSD məzənnəsi əvvəlki bağlanış səviyyəsi - 1.0827-dən 1.0807 həddinə qədər ucuzlaşsa da, hal-hazırda 1.0822 səviyyəsində ticarət olunur.
USDJPY məzənnəsi isə 151.353 səviyyəsinə qədər geriləyib. Dollar indeksi 0.09% artaraq, 104.39 bənd təşkil edir.
Çərşənbə günü səhər yen dollar qarşısında son 34 ilin ən aşağı səviyyəsinə çatıb. Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki bildirib ki, nazirlik yen kursunun rekord ucuzlaşmasına cavab olaraq qəti addımlar atmağa hazırdır.
Cümə axşamı, treyderlər son rüb üçün ABŞ-ın yekun ÜDM məlumatlarını qiymətləndirəcəklər. Birinci qiymətləndirmə Amerika iqtisadiyyatının illik ifadədə 3.3%, ikincisi qiymətləndirmə isə 3.2% artdığını göstərdi.
Cümə günü ABŞ-da katoliklərin bayramı, Müqəddəs Cümə günü olmasına baxmayaraq, ölkə əhalisinin gəlir və xərclərinə dair məlumatlar dərc olunacaq. Fevral ayı üzrə göstəricilərin müvafiq olaraq 0.4% və 0.5% səviyyəsində artıqları proqnozlaşdırılır.
Qızıl qiymətləri ötən gün ilə müqayisədə 2177$ səviyyəsindən, 2195$ səviyyəsinədək artım tendensiyası göstərib. Eyni qaydada neft qiymətləri də bahalaşırlar. Lakin dünən ABŞ-ın kommersiya məqsədli neft ehtiyatlarının artması fonunda "qara qızıl"-ın qiyməti bir qədər ucuzlaşıb. "Brent" markalı neft bir barrel üçün 86.40$ səviyyəsində, "WTI" markalı neft isə bir barrel üçün 82.40$ səviyyəsində ticarət olunur.
Məlumat "İnvest-AZ" İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Milyonlar qazandıran qəribə biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?