Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBugün ABŞ-da önəmli iqtisadi məlumatların açıqlanması ərəfəsində dollar major valyutalar qarşısında bahalaşır. EUR/USD məzənnəsi 1.0738 səviyyəsində, USD/JPY məzənnəsi 157.24 səviyyəsində, GBP/USD məzənnəsi isə 1.2738 səviyyəsində ticarət olunur. Dollar indeksi 0.06% artaraq 105.3 bənd təşkil edib.
Beynəlxalq birjalarda neftin qiyməti ABŞ-da neft ehtiyatları ilə bağlı məlumatların açıqlanmasından sonra yüksəlir. "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 0.43% artaraq bir barrel üçün 82.27$-a, "WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti isə 0.56% artaraq bir barrel üçün 78.34$-a çatır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bugün gecə saatlarında Amerikanın Neft İnstitutu (API) ölkədə kommersiya məqsədli neft ehtiyatları haqqında məlumatları dərc etdi. İyunun 7-də bitən həftədə ehtiyatlar, proqnozların üzərində, 2.428 milyon barrel azalıb. Qeyd etmək lazımdır ki, bugün axşam ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) neft və neft məhsulları ehtiyatlarına dair rəsmi məlumatı dərc edəcək. 
Eləcə də, bugün ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi ölkədəki kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) haqqında məlumatları açıqlayacaq. İyunun 7-də bitən həftədə ölkənin kommersiya neft ehtiyatlarının 1.8 milyon barrel azalaraq 454.1 milyon barrelə enəcəyi proqnozlaşdırılır.
Çərşənbə günü ABŞ-ın Əmək Nazirliyi ölkədə istehlak qiymətləri ilə bağlı məlumatları dərc edəcək. Mayın sonunda illik inflyasiyanın aprel ayı ilə eyni səviyyədə, 3.4% həddində qalacağı proqnoz edilir. Həmçinin, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) iki günlük iclasdan sonra uçot faiz dərəcəsi ilə bağlı qərarını bildirəcək. Federal Açıq Bazar Komitəsinin qərarı Bakı vaxtı ilə saat 22:00-da dərc olunacaq.
Bakı vaxtı ilə saat 10:00-da Almaniya Federal Statistika İdarəsi "Destatis" ölkədə istehlak qiymətləri ilə bağlı yekun məlumatları dərc edəcək. Analitiklər hesab edirlər ki, Almaniyada illik inflyasiya may ayında 2.2%-dən 2.4%-ə qədər yüksəlib. 
Eyni zamanda, ONS (Milli Statistika İdarəsi) Britaniyada sənaye istehsalı ilə bağlı məlumatları dərc edəcək. Aprel ayında ölkədə sənaye istehsalı həcminin aylıq ifadədə 0.1% azaldığı, illik ifadədə isə 0.3% artığı ehtimal olunur.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 12 iyun 2024

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə


iqtisadi xeberler dollar məzənnəsi bitkoin almaq en son xeberler pul qazanmaq