Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Avrozonada Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeksinin (PMI) dərc olunması ərəfəsində avronun dollar qarşısında dəyəri yüksəlir. Belə ki, EUR/USD valyuta cütlüyü ötən günü 1.0699 səviyyəsində başa vursa da, hal-hazırda 1.0718 səviyyəsində ticarət olunur. Eyni zamanda GBP/USD və USD/JPY məzənnələri müvafiq olaraq 1.2662 və 158.860 səviyyələrində ticarət olunurlar. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.02% azalaraq 105.57 bənd təşkil edir.
Cümə axşamı günü İngiltərə Mərkəzi Bankı (BoE) iclasının sonunda uçot faiz dərəcəsini illik 5.25% səviyyəsində saxladığını bildirdi. Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb. Tənzimləyici qurum əlavə edib ki, orta müddətli dövrdə inflyasiyanın davamlı şəkildə 2%-lik hədəfə qaytarılması üçün monetar siyasəti kifayət qədər uzun müddət daralma şəraitində saxlamaq lazımdır.
Həmçinin, ABŞ-da 15 iyunda sona çatan həftə üzrə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı öncəki həftə ilə müqayisədə 5 min artaraq 238 min təşkil edib. Yaponiyada isə istehlak qiymətləri öncəki ay 2.5% artdıqdan sonra may ayının sonunda illik ifadədə 2.8% artıb.
Dünya birjalarında neftin qiyməti ötən gün əhəmiyyətli dərəcədə bahalaşdıqdan sonra bir qədər ucuzlaşıb. ABŞ-ın Enerji Departamentinin Enerji İnformasiya İdarəsinin məlumatına əsasən, ölkədə kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyatlar istisna olmaqla) iyunun 14-də başa çatan həftədə 2.5 milyon barrel və ya 0.6% azalaraq 457.1 milyon barrelə enib. Eyni zamanda, ABŞ-da benzin ehtiyatları 2.3 milyon barrel (1%) azalaraq 231.2 milyon barrel təşkil eib.
Bugün Bakı vaxtı ilə saat 12:00-da Avrozonada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMI) göstəricilərinin dərc ediləcəyi gözlənilir. Analitiklər müvafiq olaraq 48 və 53.5 bənd səviyyələrinə qədər artım proqnozlaşdırırlar. Eləcə də, gün ərzində Almaniyada, Böyük Britaniyada və ABŞ-da Biznes Aktivliyi İndeksi göstəriciləri dərc olunacaq. Həmçinin, Birləşmiş Krallıqda açıqlanacaq pərakəndə satış dövriyyəsi göstəriciləri də investorların diqqət mərkəzində olacaq məlumatlardır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın ən varlı 10 adamı
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Onlayn biznes ideyaları
İnstaqramda biznes qurmağın yolları