Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən "IFO" tədqiqat institutu Almaniyada Biznes Mühiti İndeksinin iyun ayında 88.6 bənd təşkil etdiyini açıqladı. Analitiklər isə, əksinə, göstəricinin 89.4 bənd səviyyəsində dərc olunacağını proqnozlaşdırmışdılar. Həmçinin Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi 88.3 bənd səviyyəsində qalıb, Almaniya Biznes Gözləntiləri İndeksi isə iyun ayında 90.3 bənddən 89 bəndədək geriləyib.
ABŞ-da statistik məlumatların dərc olunması ərəfəsində, bugün səhər dollar major valyutalar qarşısında bir qədər ucuzlaşır. Zəifləmiş yen 160 həddin yaxınlığında qərarlaşıb. Bazar iştirakçıları isə Yapon səlahiyyətlilərinin valyutanı dəstəkləmək üçün müdaxilə etmələrindən ehtiyatlanırlar. EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0743, 1.2697 və 159.300 hədlərində ticarət olunurlar. Dollar indeksi isə 0.03% geriləyərək 105.39 bənd təşkil edir. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bugün Bakı vaxtı ilə saat 18:00-da "Conference Board" analitik şirkəti tərəfindən ölkədə istehlakçı inamı ilə bağlı statistik məlumatlar dərc olunacaq. Ekspertlər müvafiq göstəricinin may ayı ilə müqayisədə iyun ayında 102 bənd səviyyəsindən 100 bənd səviyyəsinədək enəcəyini proqnozlaşdırırlar.
Həmçinin qeyd etmək lazımdır ki, cümə axşamı günü ABŞ ÜDM-nin üçüncü və son rüblük təxmini açıqlanacaq. İkinci aralıq hesablamaya görə, ölkə iqtisadiyyatı illik ifadədə 1.3% artıb (Əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa), bu da 1.6%-lik ilk təxmindən aşağı olub.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 25 iyun 2024

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə


iqtisadi xeberler dollar məzənnəsi bitkoin almaq en son xeberler pul qazanmaq