Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBu həftə Fransada keçiriləcək seçkilərin ikinci turu və Böyük Britaniyada baş tutacaq parlament seçkiləri fonunda hökm sürən qeyri-müəyyənliklər səbəbi ilə avro və funt dollar qarşısında zəifləyirlər. Ötən gün 1.0776 həddinə qədər artım göstərən EURUSD valyuta cütlüyü hal-hazırda 1.0727 səviyyəsində ticarət olunur. Eyni zamanda, USDJPY cütlüyü bugün 161.390 həddindən 161.660 həddinə qədər yüksəlib. Dollar indeksi isə 0.03% artaraq 105.94 bənd təşkil edir.
Dünən ABŞ-da sənaye sektoruna dair göstəricilər proqnozların altında dərc olundu. Belə ki, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi iyun ayında 48.7 bənddən 48.5 bəndədək enib. Analitiklər, əksinə, göstəricinin 49.2 bəndə qədər artacağını ehtimal edirdilər. Həmçinin ölkənin Sənaye Sektorunda Məşğulluq İndeksi öncəki ay ilə müqayisədə iyunda 51.1 bənddən 49.3 bəndədək, Sənaye Sektorunda Qiymət İndeksi isə 57 bənddən 52.1 bəndədək enib.
Almaniyada İstehlak Qiymətləri İndeksi may ayı ilə müqayisədə iyun ayında illik ifadədə 2.4%-dən 2.2%-ə azalıb. Analitiklər göstəricinin yalnız 2.3% səviyyəsinə qədər dəyişəcəyini proqnozlaşdırmışdılar. Aylıq ifadədə isə Almaniyada istehlak qiymətləri, ilkin məlumatlara görə, 0.1% artıblar. Ekspertlər 0.2%-lik artım proqnoz etmişdilər.
Qızılın qiyməti çərşənbə axşamı səhər ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pavelin çıxışı ərəfəsində bir qədər ucuzlaşıb. Nyu-Yorkun "Comex" birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1.8$ və ya 0.08% ucuzlaşaraq 1 troya unsiyası üçün 2337.1$ təşkil edib. Qızılın spot qiyməti 2330$-dır.
AMB-nin sədri Kristin Laqard bazar ertəsi günü çıxışında bildirib ki, Avropa Mərkəzi Bankının inflyasiyanın 2%-ə doğru stabil şəkildə yaxınlaşmasına əmin olmaq üçün daha çox vaxt lazımdır və əlverişli iqtisadi nəticələr faiz endirimlərinin o qədər də təcili olmadığını göstərir.
Bugün bazar iştirakçıları Avrozonada illik inflyasiyaya dair məlumatların dərc olunmasını maraqla gözləyirlər. İqtisadçılar hesab edirlər ki, ölkədə inflyasiya, ilkin hesablamalara görə, iyun ayında 2.6%-dən 2.5%-ə qədər enib. Bundan əlavə, "Eurostat" Bakı vaxtı ilə saat  13:00-da işsizlik səviyyəsi göstəricilərini açıqlayacaq. Analitiklər may ayında göstəricinin 6.4% səviyyəsində qaldını ehtimal edirlər.
Həmçinin FED sədri Cerom Pavelin bugünkü çıxışı tənzimləyici qurumun monetar siyasətə dair planları haqqında investorlara əlavə ipucular verə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 02 iyul 2024

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə


iqtisadi xeberler dollar məzənnəsi bitkoin almaq en son xeberler pul qazanmaq