Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ-da və Avrozonada bir sıra mühüm iqtisadi məlumatların dərc edilməsi ərəfəsində çərşənbə günü səhər dollar major valyutalar qarşısında öz mövqelərini qorumağa davam edir. Ötən gün EUR/USD cütlüyü 1.0710 həddinə kimi eniş göstərsə də, hal-hazırda 1.0739 həddində ticarət olunur. Eyni zamanda, USD/JPY cütlüyü maksimum həddini yeniləməkdə davam edir. Belə ki, məzənnə 161.860 səviyyəsini test edib və 38 ilin yeni rekordunu yeniləyib. Dollar indeksi isə 105.71 bənd səviyyəsində sabitdir.
Dünən Avrozonada İstehlak Qiymətləri İndeksi göstəriciləri dərc olunub. İlkin hesablamalara görə, illik inflyasiya öncəki ay ilə müqayisədə iyun ayında 2.6%-dən 2.5%-ə enib. Dərc olunan göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb. Aylıq ifadədə Avrozonada istehlak qiymətləri, ilkin hesablamalara görə, 0.2% artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Həmçinin ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) açıqlanıb. Göstərici aylıq ifadədə aprel ayı ilə müqayisədə may ayında 7.919 milyondan 8.14 milyona qədər yüksəlib. Analitiklər göstəricinin 7.91 milyona qədər artacağını proqnozlaşdırmışdılar.
Çərşənbə günü Avrozonanın Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi (PMI) üzrə yekun məlumatlar dərc olunacaq. Analitiklər hesab edirlər ki, iyun ayında göstərici 52.2 bənddən 50.8 bəndədək zəifləyib.
Bundan əlavə, bazar iştirakçıları ABŞ-da işsizliklə bağlı məlumatların açıqlanmasını gözləyirlər. Analitiklər hesab edirlər ki, ölkədə işsizliklik üzrə müavinət almaq üçün müraciət edənlərin sayı iyunun 29-da bitən həftədə əvvəlki həftəyə nisbətən 2 min nəfər artaraq 235 min nəfər olub.
Əlavə olaraq çərşənbə günü ABŞ Federal Ehtiyatlar Sisteminin iyun iclasının protokollarının dərc olunması və ölkənin ticarət saldosuna dair məlumatların açıqlanması gözlənilir. 
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 03 iyul 2024

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə


iqtisadi xeberler dollar məzənnəsi bitkoin almaq en son xeberler pul qazanmaq