Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBugün ABŞ-da milli dövlət bayramı, Müstəqillik Günün olması ilə bağlı beynəlxalq birjalarda volatillik azalıb. Bazar iştirakçıları dünən Amerikada dərc olunan statistik məlumatları qiymətləndirir, lakin tətil ilə əlaqədar fəallıq azalıb. 
Çərşənbə günü ABŞ-da Özəl Sektorda Yeni Yaranan İşyerlərinin sayı haqqında məlumatlar dərc olunub. Belə ki, "Automatic Data Processing" (ADP) analitik şirkətinin press-relizinə əsasən, may ayı ilə müqayisədə iyun ayında ABŞ-ın özəl sektorunda iş yerlərinin sayı 150 min artıb. Ekspertlər isə göstəricinin 163 min artacağını proqnozlaşdırmışdılar.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞEləcə də, ABŞ-da mənfi ticarət saldosu aprel ayı ilə müqayisədə may ayında 0.6 milyard dollar və ya 0.8% artaraq 75.1 milyard dollara çatıb. Ölkədə 29 iyunda sona çatan həftədə işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı 238 min nəfər olub, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi isə 54.8 bənd səviyyəsindən 55.3 bənd səviyyəsinə qədər yüksəlib. 
Həmçinin investorların diqqəti dünən ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son iclasının  dərc olunmuş protokollarına yönəlib. Toplantı protokollarında qeyd olunur ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) üzvləri inflyasiya təzyiqinin azaldığını və göstəricinin 2%-ə doğru irəlidiyini qeyd edirlər, lakin faiz dərəcəsini endirməzdən əvvəl əlavə məlumatların əldə edilməsini zəruri hesab edirlər. 
Bugün investorlar Almaniyada açıqlanacaq sənaye sektorunda sifarişlərin həcmi və İsveçrədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi məlumatlarını diqqətlə izləyəcəklər. Həmçinin, Bakı vaxtı ilə saat 16:30-da Avropa Mərkəzi Bankının toplantı protokolları dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 04 iyul 2024

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə


iqtisadi xeberler dollar məzənnəsi bitkoin almaq en son xeberler pul qazanmaq