Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən axşam saatlarından etibarən dollar major valyutalar qarşısında ucuzlaşmağa başlayıb.
EUR/USD valyuta cütlüyü ötən gün 1.0782 səviyyəsinə qədər eniş göstərsə də, hal-hazırda 1.0819 səviyyəsində ticarət olunur. GBP/USD cütlüyü 1.2740 həddindən 1.2777 həddinə kimi bahalaşıb. USD/JPY valyuta cütlüyü isə 160.750 səviyyəsinə qədər ucuzlaşıb. Dollar indeksi 105.03 bənd təşkil edir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qızıl dolların ucuzlaşması fonunda artım tendensiyasını bərpa etdi. Hal-hazırda dəyərli metal 2363$ səviyyəsində ticarət olunur. Neftdə bahalaşma davam edir. "Brent" markalı neft bir barrel üçün 87.80$, "WTI" markalı neft isə 84.00$ həddində qərarlaşıb.
İnvestorlar bugün açıqlanacaq bir neçə vacib xəbəri diqqətlə izləyəcəklər. Əsas olaraq bazar iştirakçıları ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) xəbərini maraqla gözləyirlər. Həmçinin analitiklərin fikrincə, ABŞ-da may ayında olduğu kimi iyun ayında da işsizlik səviyyəsi 4% təşkil edib.
Eləcə də, Bakı vaxtı ilə saat 10:00-da Almaniyanın İqtisadiyyat və Texnologiya Nazirliyi ölkənin sənaye sektorunda istehsalat həcmi ilə bağlı məlumatları dərc edəcək. Almaniyada sənaye istehsalının may ayında aylıq 0.2% artığı proqnozlaşdırılır.
Əlavə olaraq Avropa Statistika Agentliyi "Eurostat" may ayında Avrozonada pərakəndə satışlar haqqında məlumatları dərc edəcək. Ekspertlərin proqnozlarına görə, aylıq ifadədə göstərici 0.2%, illik ifadədə isə 0.1% artıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın ən varlı 10 adamı
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Onlayn biznes ideyaları
İnstaqramda biznes qurmağın yolları