Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən həftənin sonu Amerikada artımla açıqlanan ÜDM, həmçinin proqnozların üzərində dərc olunan sənaye və xidmət sektorlarında PMİ rəqəmləri fonunda dollar major valyutalar qarşısında bir qədər gücləndi. 
Lakin, İsveçrə Mərkəzi Bankının 0.25%-lik faiz endiriminə baxmayaraq, "güvənli liman" missiyasını davam etdirən frank dollar qarşısında aktuallığını qorudu.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞKeçən həftə ərzində 146.470 yen həddinə qədər bahalaşan USDJPY məzənnəsi də, cümə günü Amerikada azalma ilə açıqlanan inflyasiya göstəricilərindən sonra kəskin ucuzlaşdı və həftəlik şamını 142.150 yen səviyyəsində bağladı.
Zəngin iqtisadi təqvim ilə xarakterizə edilə biləcək bu həftə ərzində, bütün diqqətlər cümə günü Amerikada dərc olunacaq əkəm bazarı, xüsusilə də "NFP" hesabatına yönələcək. Bundan başqa, Avrozonada, Almaniyada və İngiltərədə açıqlanacaq İstehlak Qiymətləri İndeksi, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi, ÜDM göstəriciləri, həmçinin, Amerikada yayımlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi, İşsizlik Müavinəti üçün Müraciətlərinin sayı kimi statistik məlumatlar və "JOLTS" Boş İşyerləri və Vakansiyalar hesabatı bu həftənin iqtisadi təqvimində yer alır. Həmçinin, FED sədri Cerom Pavelin, Avropa Mərkəzi Bankının sədri K.Laqardın çıxışları investorların diqqət mərkəzində olacaq. 
Türkiyədə və İsveçrədə açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ)  hesabatları da maraqla gözlənilir.
EUR
Cari həftə ərzində Avrozonada və Almaniyada CPİ, eləcə də, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, Avropa Mərkəzi Bankının son toplantısının dərc olunacaq protokolları, həmçinin, AMB sədri K.Laqardın çıxışı avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
Ötən həftəyə 1.1156 səviyyəsində start verən EUR/USD məzənnəsi bahalaşaraq 1.1214 həddini test etsə də, burada "ayılar"-ın müqaviməti ilə üzləşdi və həftəlik şamını 1.1160 həddində bağladı. 
"Buğalar" qiyməti 1.12$ həddinin üzərinə qaytara və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ötən həftəyə 1.3320 səviyyəsində başlayan GBP/USD məzənnəsi 1.3430 həddinə kimi bahalaşsa da, bundan sonra bir qədər ucuzlaşdı və həftəlik şamını 1.3370 səviyyəsində tamamladı. 
Cari həftə ərzində İngiltərədə dərc olunacaq ÜDM-in həcmi və PMİ gösətəriciləri  funt-sterlinqin dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər. 
"Buğalar" qiyməti 1.33$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
OİLUK
Ötən həftəyə 74.90$ səviyyəsində başlayan "Brent" nefti (OİLUK) həftə ərzində 76$-a kimi bahalaşsa da, S.Ərəbistanının itirdiyi bazarları geri qaytarmaq üçün neft hasilatını artıracağına dair açıqlamasından sonra neft yenidən ucuzlaşdı və həftəni 72.80$-da başa vurdu.
OİLUK-də "buğalar" qiyməti 75$-ın üzərində qaytara bilməsələr, eniş tendensiyası daha da dərinləşə bilər. 
XAU/USD
Ötən həftəyə 2618.60$ həddində start verən qızıl növbəti dəfə tarixi maksimumlarını yenilədi. Ən son 2685.50$ həddini test etdikdən sonra, geriləyən "sarı metal" həftəlik şamını 2659.80$ həddində tamamladı.
"Buğalar" qiyməti 2630$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 30 sentyabr 2024

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar – oktyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla)

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı


iqtisadi xeberler telefonla pul qazanmaq dollar məzənnəsi birbank bu gunun xeberleri