Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÇərşənbə axşamı günü ABŞ-da, Almaniyada, Avrozonada və Böyük Britaniyada vacib statistik məlumatlar dərc olundu. Bugün səhər saatlarında avro dollar və funt qarşısında bir qədər bahalaşıb. EUR/USD cütlüyü 1.0485 səviyyəsindən 1.0505 səviyyəsinə qədər, EUR/GBP cütlüyü isə 0.8249 səviyyəsindən 0.8263 səviyyəsinə qədər bahalaşıb.
Açıqlanmış məlumatlara əsasən, Avrozonanın Ticarət Saldosu sentyabr ayı ilə müqayisədə oktyabr ayında 11.6 milyard avrodan 6.8 milyard avroya qədər azalıb. İdxalın həcmi 3.2% artaraq 247.2 milyard avroya, İxracın həcmi isə 2.1% artaraq 254 milyard avroya çatıb. Eləcə də, Avrozonada İqtisadi İnkişaf Proqnozu İndeksi 12.5 bənddən 17 bəndədək yüksəlib. 
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞAlmaniyanın "IFO" tədqiqat institutu tərəfindən hesablanan Almaniyanın Biznes Mühiti İndeksinin noyabr ayı üzrə yenilənmiş nəticəsi 85.6 bənddən dekabr ayında 84.7 bəndədək zəifləyib. Analitiklər göstəricinin dekabrda 85.6 bəndədək geriləyəcəyini proqnozlaşdırmışdılar. Həmçinin, Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi 84.3 bənddən 85.1 bəndədək yüksəlib, Biznes Gözləntiləri İndeksi isə 87 bənd səviyyəsindən 84.4 bənd səviyyəsinədək azalıb.
Əlavə olaraq, Almaniyada İqtisadi İnkişaf Proqnozu İndeksi noyabr ayı ilə müqayisədə dekabr ayında gözlənilmədən 7.4 bənd səviyyəsindən 15.7 bənd səviyyəsinədək artıb və dörd ayın ən yüksək səviyyəsinə yüksəlib. Digər tərəfdən, Almaniyada Cari Vəziyyət İndeksi zəifləməyə davam edib; göstəricinin -91.4 bənddən -92.6 bəndədək geriləməsi ehtimal olunsa da, nəticədə -93.1 bəndədək azalıb.
ABŞ-da Pərakəndə Satış Dövriyyəsinin Həcmi oktyabr ayı ilə müqayisədə noyabr ayında 0.7% artıb və davamlı istehlak xərclərinin artmasına işarə etməyə davam edib. Oktyabr ayı üzrə olan nəticələr 0.4%-dən 0.5%-dək yeniləndi. Həmçinin, Pərakəndə Satış Dövriyyəsi Həcminin Baza İndeksi noyabr ayında 0.2% təşkil edib. Eləcə də, ölkənin Sənaye Sektorunda İstehsal Həcmi aylıq ifadədə 0.1 azalıb.  
Kanadada oktyabr ayı ilə müqayisədə noyabr ayında istehlak qiymətləri aylıq ifadədə dəyişməyib, Böyük Britaniyada işsizlik isə 4.3% səviyyəsində qalıb. "Bitcoin" tarixi maksimum həddini yenilədikdən sonra kəskin ucuzlaşıb. Kriptovalyuta 108370$ səviyyəsini test etdikdən sonra 103890$ səviyyəsinə qədər geriləyib. 
Bugün Bakı vaxtı ilə saat 23:00-da FED-in Federal Ehtiyatlar və Birjalar Komitəsinin (FOMC) faiz qərarı açıqlanacaq. Bazar iştirakçıları mərkəzi bankın toplantı nəticələrini maraqla izləyəcəklər. Həmçinin, Avrozonada və Böyük Britaniyada dərc olunacaq inflyasiyaya dair göstəricilər də investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 18 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc


iqtisadi xeberler bitkoin avtomobil xeberleri biznes xeberleri depozit faizleri