Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÇərşənbə günü iqtisadi məlumatların dərc olunması fonunda dollarin kəskin bahalaşması tendensiyası bir qədər səngiyib. Lakin, bugün səhər saatlarında dollar bir qədər bahalaşaraq öz mövqelərini bərpa edə bilib. EUR/USD valyuta cütlüyü dünən 1.0273 səviyyəsindən 1.0324 səviyyəsinə qədər bahalaşdı. EUR/GBP cütlüyü 0.8283 həddindən bahalaşmağa başlayıb və hal-hazırda 0.8358 səviyyəsində ticarət olunur. 
"Brent" markalı neftin qiyməti ötən gün 78.20$ səviyyəsini test etdikdən sonra kəskin ucuzlaşaraq 75.95$ səviyyəsinə qədər geriləyib. Qızıl isə 2670$-a qədər bahalaşandan sonra ucuzlaşıb və hazırda 2659$ civarında qərarlaşıb.
FOMC-un son toplantısının dünən dərc olunan protokollarına əsasən, demək olar ki, əksər FED rəsmiləri, inflyasiyanın artması riskinin yüksəldiyinə inanırlar. Bu, gözləniləndən yüksək inflyasiya məlumatları, eləcə də, ticarət və immiqrasiya siyasətlərində mümkün dəyişikliklərlə bağlıdır. Toplantı iştirakçıları inflyasiyanın 2%-ə doğru irəliləyəcəyini proqnoz etmişdilər, baxmayaraq ki, onlar prosesin əvvəllər düşünüldüyündən daha uzun çəkə biləcəyini qeyd edirdilər. Həmçinin, FED rəsmiləri bildirdilər ki, tənzimləyici qurum yumşaltma siyasətinin sürətinin azaltmağın məqsədəuyğun olacağı bir nöqtədə və ya ona yaxın bir dövrdədir.
Ötən gün "Automatic Data Processing" (ADP) analitik şirkətinin press-relizində verilən məlumatlara əsasən, dekabr ayında ABŞ-ın Özəl Sektorda Yeni Yaranan İş Yerlərinin Sayı 122 min təşkil edib. Analitiklər göstəricinin 140 min artacağını proqnozlaşdırmışdılar. Qeyd etmək lazımdır ki, dərc olunan nəticə son 4 ay əzində ən aşağı göstəricidir.
ABŞ-ın Əmək Nazirliyinin hesabatına əsasən, ölkədə ötən həftə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 211 min nəfərdən 201 min nəfərə qədər azalaraq, 11 ayın ən aşağı səviyyəsinə qədər enib.
Bugün Bakı vaxtı ilə saat 11:00-da Almaniyada açıqlanacaq Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu göstəriciləri bazar iştirakçılarının diqqət mərkəzində olacaq xəbərlərdir. Həmçinin, Avropa Mərkəzi Bankının (ECB) aylıq hesabatı dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 09 yanvar 2025

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc


iqtisadi xeberler bitkoin avtomobil xeberleri biznes xeberleri depozit faizleri