Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən həftənin əvvəlindən başlayan dolların artım tendensiyası dünən bir qədər səngiyib. Belə ki, EUR/USD valyuta cütlüyü dünən 2022-ci ilin oktyabr ayında bəri ən aşağı səviyyəyə qədər enib. Lakin, sonra korrektiv olaraq bahalaşıb. 1.0178 səviyyəsini test etdikdən sonra cütlük 1.0276 səviyyəsinə qədər yüksəlib. GBP/USD cütlüyü isə 2023-cü ilin oktyabr ayından bəri ilk dəfədir ki, 1.2098 həddinə qədər ucuzlaşıb. 
Major valyutaların ucuzlaşması fonunda "güvənli liman" missiyası daşıyan  qızılın dəyəri artır. Qiymətli metal 2657$ səviyyəsindən 2675$ səviyyəsinə qədər bahalaşıb. Neftin qiyməti isə Rusiyaya qarşı tətbiq olunan yeni sanksiyalar fonunda 80$-lıq dəstək həddinin üzərində qalmağda davam edir. Hal-hazırda "Brent" markalı neftin bir barreli 80.75$-a ticarət olunur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ağ Evin qabaqcıl süni intellekt çiplərinin ixracına yeni məhdudiyyətlər tətbiq etmək planlarını elan etdikdən sonra İT şirkətlərin səhmləri eniş tendensiyasında lider olublar. Belə ki, "Nvidia" səhmləri 2%, "Micron Technology" - 4.3%, "TSMC" isə 3.3% ucuzlaşıb. Eyni zamanda, "AMD" (+1.16%) və "Intel" (+0,37%) şirkətlərinin səhmləri müsbət dinamika nümayiş etdirib. "Amazon" səhmləri 0.2%, "Apple" 1.07%, "Microsoft" 0.41%, "Tesla" isə 2.14% bahalaşıb.
Dünən dərc olunan məlumatlara əsasən, Türkiyədə noyabr ayında Pərakəndə Satış Dövriyyəsinin Həcmi aylıq ifadədə 1.9%, illik ifadədə isə 16.4% artıb. Bugün isə investorlar Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da dərc olunacaq İstehsal Qiymətləri İndeksini diqqətlə izləyəcəklər. Həmçinin, Avropa İqtisadi Araşdırmalar Mərkəzinin (ZEW) hesabatı dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 14 yanvar 2025

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc


iqtisadi xeberler bitkoin avtomobil xeberleri biznes xeberleri depozit faizleri