Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ prezidenti Donald Trampın çərşənbə axşamından etibarən Kanada, Meksika və Çinə yeni tariflər tətbiq etmək qərarı yeni həftənin ilk ticarət günündə qlobal bazarlarda dolların kəskin bahalaşmasına səbəb oldu.
Dolların bahalaşması fonunda həm valyuta, həm kriptovalyuta, həm də səhm bazarlarında kəskin enişlər yaşandı. Dollar bütün G-10 və inkişaf etməkdə olan bazar valyutaları qarşısında kəskin bahalaşdı. Dollar indeksi (DXY) 109.88 bənd həddini test etdi.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞCari həftənin ilk günü Kanada dolları 2003-cü ildən bəri ən zəif səviyyəsinə düşüb, Meksika pesosu isə dollar qarşısında 3% ucuzlaşıb. EUR/USD məzənnəsi 1.3% ucuzlaşaraq ötən həftəki itkiləri artırıb. Lakin, günün ikinci yarısında Avrozonada İstehlak Qiymətləri İndeksinin proqnozların üzərində açıqlanması fonunda avro dollar qarşısında yenidən bahalaşıb və 1.03500 həddini test edib. Hazırda 1.03150 səviyyəsində qərarlaşan EURUSD məzənnəsində "ayılar" qiyməti 1.02500 həddinin altına qaytara və burada saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
Trampın fevralın 1-də tarifləri imzalayacağını elan etməsindən sonra "Wall Street" indeksləri hələ ötən həftənin cümə günü geriləyib. "S&P 500" 0.5%, "Nasdaq 100" isə 0.14% ucuzlaşıb. ABŞ indeksi fyuçersləri təxminən 2% geriləyib.
Asiya fond bazarları da yeni həftəyə kəskin itkilərlə başlayıb. Yaponiyanın "Nikkei 225" indeksi təxminən 3% ucuzlaşıb. Çində bazarlar Ay Yeni il bayramı ilə əlaqədar həftənin ilk iki günü bağlı olsa da, bugün günə sərt enişlə başlayıb.
ABŞ dollarının bahalaşması təhlükəsiz liman tələbini üstələdiyi üçün ilk həmlədə qızıl qiymətləri ucuzlaşıb. Lakin, gün ərzində yenidən ralli qazanan qiymətli metal 2831$-a yüksələrək növbəti dəfə tarixi maksimumunu yeniləyib. Kriptovalyuta investorları Trampın tariflərinə müxtəlif aktivlərdəki mövqelərini azaltmaqla cavab verdilər. Bu, "Etherin" 27%-ə, XRP-nin isə 11%-ə kimi ucuzlaşmasına səbəb oldu. Buna baxmayaraq, dünən günün ikinci yarısında kriptoaktivlər itkilərinin bir qismini geri qaytara biliblər. Belə ki, ETH 2803$, XRP 2.78$ hədlərinə kimi bahalaşıblar. Bitkoində də "buğalar" qiyməti yenidən 100 min dollar həddinin üzərinə qaytara biliblər.
Tariflərin artırılması qərarı neftin qiymətini dəstəklədi. "West Texas Intermediate" (WTI) 3.7% bahalaşdıqdan sonra, bu qazancların təxminən yarısını geri qaytardı və hazırda onun qiyməti bir barel üçün 73.20$ təşkil edir. Qlobal "benchmark" olan "Brent" neti isə 76$ həddinin üzərində qalıb. Neftin yenidən ucuzlaşmasının əsas səbəbi kimi "OPEC"-in dünən keçirilən toplantısında  neft hasilatının tədricən artırılması planına sadiqliyini ifadə etməsi qeyd oluna bilər.
Bugün Bakı vaxtı ilə saat 19:00-da ABŞ-da dərc olunacaq Boş yerləri və vakansiyalar Hesabatı (JOLTS) investorların diqqət mərkəzində olacaq əsas xəbərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 04 fevral 2025

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur


iqtisadi xeberler biznes qurmaq bitkoin qiymeti dollarin kursu bu gun en son xeberler