Dollar əmanətlərinə ən yüksək faizi hansı banklar verir? — Oktyabr, 2026
2026-cı ilin oktyabr ayında Azərbaycanda müddətli dollar əmanətlərinə ən yüksək illik faiz dərəcəsini "AFB Bank" təklif edir. Bankda faizlərin müddətin sonunda ödənilməsi şərtilə 12 və 18 aylıq əmanətlər üzrə illik gəlirlilik 5%-ə çatır. Minimal əmanət məbləği 100 ABŞ dollarıdır.
Banker.az xəbər verir ki, faizləri hər ay almaq istəyənlər üçün də ən yüksək göstərici "AFB Bank"dadır. Bank 18 aylıq dollar əmanətinə illik 4,75%, 12 və 36 aylıq əmanətlərə isə 4,5% təklif edir.
12 aylıq müddət üzrə yüksək faiz təklif edən digər bank "Unibank"dır. Burada faizlər müddətin sonunda ödənildikdə illik dərəcə 4,5%, aylıq ödənildikdə isə 4% təşkil edir. Əmanət yerləşdirmək üçün minimum 500 dollar tələb olunur. "PAŞA Bank"da isə eyni müddət üzrə faizlər müvafiq olaraq 4% və 3,75%-dir. Bu bankda minimal məbləğ 5 min dollardır.
Daha uzun müddətə vəsait yerləşdirənlər üçün 24 aylıq əmanətlər üzrə ən yüksək faiz yenə "AFB Bank"dadır: müddətin sonunda ödənişlə illik 4,5%, aylıq ödənişlə 4%. "Bank of Baku"da bu müddət üzrə dərəcələr müvafiq olaraq 3,75% və 3,5% təşkil edir. 36 aylıq əmanətlərdə də "AFB Bank" hər iki ödəniş formasında illik 4,5%-lə müqayisədə liderdir.
Qısamüddətli dollar əmanətlərində gəlirlilik nisbətən aşağıdır. Altı aylıq müddət üzrə faizlərin sonda ödənilməsi şərtilə ən yüksək illik dərəcə 3,5%-dir. Bu faizi "AccessBank", "AFB Bank", "Expressbank" və "PAŞA Bank" təklif edir. Aylıq faiz ödənişi ilə isə "AFB Bank" və "PAŞA Bank"ın təklifi illik 3,25%-dir.
Doqquz aylıq əmanətlərdə "AFB Bank" müddətin sonunda ödənişlə illik 4%, "PAŞA Bank" 3,75%, "Expressbank" isə 3,5% təklif edir. Aylıq ödəniş üzrə ən yüksək dərəcə "AFB Bank" və "PAŞA Bank"da 3,5% təşkil edir.
12 aylıq dollar əmanətlərinə faizlərin müddətin sonunda ödənilməsi şərtilə "Bank of Baku" illik 3,75%, "ABB", "AccessBank", "Bank Respublika", "Expressbank" və "Yapı Kredi Bank Azərbaycan" isə 3,5% təklif edir. "Kapital Bank"da bu göstərici 3%, "Premium Bank", "TuranBank", "Xalq Bank", "Yelo Bank" və "Ziraat Bank Azərbaycan"da isə 2,5%-dir.
Qeyd edək ki, xarici valyutada illik 2,5%-dən yüksək faizlə yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmır və həmin əmanətlər üzrə kompensasiya ödənilmir.

Mərkəzi Bankın inzibati binasının texniki xidməti 3 milyon manata başa gələcək
"Bitcoin" 86 min dolları ötüb - SON QİYMƏT
Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Azərbaycanda daşınar əmlak üzrə reyestrə müraciətlər artır
Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək
Kartlar ilə verilən kreditlər azalır
Kapital Bank nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
"AccessBank" UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir ®
"PASHA Bank Georgia"da rəhbər vəzifəyə yeni təyinatlar olub
"Freelance" nədir?
McDonalds haqqında maraqlı faktlar
SMM nə deməkdir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?