ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər®Dövlət bankı Azər Türk Bank Alman–Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv "Platinum" tərəfdaş qismində iştirak edir.
Tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin, beynəlxalq maliyyə institutlarının və digər təşkilatların nümayəndələri iştirak edirlər.
Konfrans "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi" mövzusuna həsr olunub.
Azər Türk Bankı konfransda İdarə Heyəti sədrinin müavini, Baş kommersiya inzibatçısı Fərid Quliyev təmsil edib və öz çıxışında müzakirə olunan mövzularla bağlı Bankın mövqeyini açıqlayıb.
Belə ki, Orta Dəhlizin artan strateji əhəmiyyəti, irimiqyaslı infrastruktur və enerji layihələrinin maliyyələşdirilməsində bank sektorunun mühüm rolu, eləcə də beynəlxalq kapitalın cəlb olunması üçün layihələrin maliyyə baxımından dayanıqlı strukturunun yaradılmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edilib ki, Azər Türk Bank dayanıqlı inkişafı və yaşıl layihələri gələcək iqtisadi artımın mühüm hərəkətverici qüvvələrindən biri hesab edir.  Bank əmindir ki, Azərbaycanın genişmiqyaslı layihə imkanları ilə Almaniyanın yüksək texnoloji gücünün və maliyyə mexanizmlərinin vəhdəti, hər iki ölkənin dövlət və özəl sektorları üçün strateji və uzunmüddətli əməkdaşlıq platforması formalaşdıracaq.
Azər Türk Bankın Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv "Platinum" tərəfdaş kimi iştirakı Bankın dayanıqlı iqtisadi inkişafın, beynəlxalq biznes əməkdaşlığının və ölkənin strateji layihələrinin maliyyələşdirilməsi istiqamətində dialoqa verdiyi töhfənin davamıdır.
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilərATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər/ banker.az

Banklar     Tarix: 06 oktyabr 2026

Oxşar xəbərlər

"Azər Türk Bank"da sədr müşaviri təyin edildi

Fərid Nadirov "Azər Türk Bank"da yeni vəzifəyə təyin olunub. xəbər verir ki, Fərid Nadirov "Azər Türk Bank" ASC-də İdarə Heyəti sədrinin Biznes və Strateji Tərəfdaşlıqlar üzrə müşaviri vəzifəsinə təyi

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

Dövlət bankı Azər Türk Bank Alman–Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv "Platinum"

"PAŞA Bank" IPO-dan sonra səhmdar strukturunu açıqlayıb

"PAŞA Bank" ASC-nin nizamnamə kapitalında "PAŞA Holding" MMC-yə məxsus olmuş 56,8195%-lik səhm paketi "PAŞA Maliyyə Holdinqi" MMC-yə ötürülüb. xəbər verir ki, bu barədə "PAŞA Bank"ı

Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?

Bank əməliyyatlarında akseptsiz tutulma müəyyən hüquqi və müqavilə əsasları çərçivəsində müştərinin əlavə razılığı alınmadan hesabdan vəsaitin tutulmasına imkan verən mexanizmdir. Bu prosedur müvafiq müqavilə şərtləri v

"AccessBank" UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib

Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib. Forum AccessBank-ın tərəfdaşlığı, "Karabakh Training Center" və "World"

"Bank Respublika"nın nizamnamə kapitalı artırılır - 320 MİLYON MANATA ÇATACAQ

"Bank Respublika"ASC-nin nizamnamə kapitalının daha 39 546 542 manat və yaxud 19,7 % artırılaraq 200 751 530 manatdan 240 298 072 manata çatdırılması planlaşdırılır. Məlumata görə, kapital artımı Bankın dövriyyəd

Banklarda fərdi sahibkarların sayı 1.15 milyona çatır

Azərbaycanda fərdi sahibkarların bank sistemində sayı və bank hesabları artsa da, onların banklarda saxladığı vəsaitlərin həcmi azalır. 2026-cı ilin avqustunun sonunda bank sistemində 1 milyon 146,7 min fərdi sahibkar müştər

Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – "PAŞA Sığorta"dan 1 ayda 10 milyon manatdan çox ödəniş

Mərkəzi Bank Azərbaycanın sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinqini açıqlayıb. Rəqəmlərə baxanda bir məqam xüsusilə diqqət çəkir: avtomobillərlə bağlı zərərlərin maliyyə yükü kifayət qədər böyükdür. Məsələn


iqtisadi xeberler bitcoin investisiya biznes qurmaq bitkoin