Manat əmanətlərinə illik 11%-dək gəlir — Ən yüksək faizi hansı banklar verir? (oktyabr)
2026-cı ilin oktyabr ayı üzrə müqayisəyə əsasən, müddətli manat əmanətlərinə ən yüksək illik faiz dərəcəsini "Expressbank" və "TuranBank" təklif edir. Faizlərin müddətin sonunda ödənilməsi şərtilə "Expressbank"da 18, 24 və 36 aylıq, "TuranBank"da isə 24 və 36 aylıq əmanətlər üzrə gəlirlilik illik 11% təşkil edir.
Banker.az xəbər verir ki, faiz gəlirini hər ay almaq istəyənlər üçün ən yüksək dərəcə "TuranBank"ın 24 aylıq "Sirlər xəzinəsi" əmanətindədir — illik 10,5%. "Expressbank" isə 18 aylıq "Klassik" əmanət üzrə aylıq ödənişlə illik 10,25% təklif edir. Bu bankda minimal əmanət məbləği 500 manatdır.
12 aylıq əmanətlərdə ən yüksək faiz 10,5%-dir. Bu dərəcəni faizlərin müddətin sonunda ödənilməsi şərtilə "AFB Bank", "Expressbank" və "TuranBank" təklif edir. Hər üç bankda eyni müddət üzrə aylıq faiz ödənişi ilə illik dərəcə 10% təşkil edir. "AFB Bank"da minimal məbləğ 100 manatdır.
Birillik əmanətlər üzrə "Bank of Baku", "Bank VTB", "Rabitəbank", "Xalq Bank", "Yapı Kredi Bank" və "Yelo Bank" müddətin sonunda ödənişlə illik 10% təklif edir. "ABB", "AccessBank", "Kapital Bank", "Premium Bank" və "Unibank"da isə bu göstərici 9,5%-dir.
18 aylıq müddətdə "Expressbank"ın illik 11%-lik təklifindən sonra "AFB Bank", "Bank VTB", "TuranBank" və "Yelo Bank" gəlir. Bu banklarda faizlər müddətin sonunda ödənildikdə illik dərəcə 10,5% təşkil edir. "Bank of Baku" və "Rabitəbank" isə eyni şərtlərlə illik 10,25% təklif edir.
24 aylıq əmanətlərdə "Expressbank" və "TuranBank"ın illik 11%-lik təklifini "ABB", "AFB Bank", "Bank Avrasiya", "Kapital Bank", "Premium Bank", "Rabitəbank", "Unibank", "Xalq Bank" və "Yapı Kredi Bank"ın 10,5%-lik dərəcəsi izləyir. Bu göstəricilər faizlərin müddətin sonunda ödənilməsinə aiddir.
36 aylıq əmanətlər üzrə də müddətin sonunda ödənişlə ən yüksək dərəcə "Expressbank" və "TuranBank"da illik 11%-dir. "ABB", "AFB Bank", "Azər Türk Bank", "Kapital Bank", "Premium Bank", "Rabitəbank" və "Yapı Kredi Bank" isə illik 10,5% təklif edir. Aylıq faiz ödənişində bu müddət üzrə ən yüksək göstərici 10%-dir və "AFB Bank", "Azər Türk Bank", "Bank of Baku", "Expressbank" və "Premium Bank"da tətbiq olunur.
Qısamüddətli əmanətlərdə "Bank of Baku" və "Expressbank" önə çıxır. Altı aylıq müddət üzrə hər iki bank faizləri sonda ödəməklə illik 9,5% təklif edir. Aylıq ödənişlə isə "Bank of Baku"da dərəcə 9,25%, "Expressbank"da 9%-dir. Doqquz aylıq əmanətlərdə ən yüksək faiz "Bank of Baku"dadır: müddətin sonunda ödənişlə illik 9,75%, aylıq ödənişlə 9,5%.


Mərkəzi Bankın inzibati binasının texniki xidməti 3 milyon manata başa gələcək
ABB-də daha bir baş direktor təyinatı
"Bitcoin" 86 min dolları ötüb - SON QİYMƏT
Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək
Kartlar ilə verilən kreditlər azalır
Kapital Bank nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
"PASHA Bank Georgia"da rəhbər vəzifəyə yeni təyinatlar olub
"Freelance" nədir?
McDonalds haqqında maraqlı faktlar
SMM nə deməkdir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?